Mədəniyyət, tarix və ləzzətin qovşağı - İtaliya bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Mədəniyyət, tarix və ləzzətin qovşağı - İtaliya bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 5 Iyul 2021 09:09 1336
Mədəniyyət, tarix və ləzzətin qovşağı - İtaliya bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

İlk səyahət təcrübəm 

Əziz gəzəyənlər, etiraf etməliyəm ki, sizlərin səyahət postlarınız hər zaman məni motivasiya edib və səyahətləriniz haqqında oxuyanda bir gün mən də öz qazancımla səyahat edib təcrübəmi sizlərlə bölüşməyi arzu etmişdim. Vəə budur, ilk səyahətim İtaliyaya gerçəkləşdi. Düzü əslində ilk Macaristana olmuşdu amma bu təhsil məqsədli olduğu üçün onu saymadım 

Italiya demək olar böyüyündən kiçiyinə hər kəsin "dream" ölkəsidi deyərdim. Mənim də həm təbiəti, həm tarixi, insanlari, yeməkləri ilə birlikdə ən ən sevdiyim ölkələr arasında ilk yerlərdədi. Təsadüfi deyil ki, saya görə ən çox UNESCO WORLD Heritage sites İtaliyadadir.

Biz 4 muskotyor Budapeştdə təhsil aldığımız üçün elə burdan da yola düşdük. Bileti 15 euro Ryanair ilə budapest to Rome aldiq və 3 gun Romada olduq. Romada dostlarımızın komekliyi ilə gecəsi 15 euro olan ev tutmuşduq.Həəə, gəlin Sizə Romadan danışım. Canlı, əfsanəvi yaşayan muzey - ROMA. Demək olar hər küçəsi, tini, bucagi tarix olan Roma.

Təyyarədən enən kimi 18 euro şəhər daxili biletə ödəyəndə dedik "welcome to Italy". Həqiqətən də Italiyada daxili nəqliyyat çox bahadır və büdcəmizin əsas qismini elə nəqliyyat apardi. Bu 10 gündə italyanlardan nələr gördük nələr. Deyərdim ki, İtaliya "dvijeniyalar ölkəsidir" sözün əsl mənasinda bunu hər şeydə hiss etdik. Artiq səyahətimizin 4cu günündən sonra gözümüz açıldı amma

Biz Romada olanda #UEFA2020 ərəfəsinə düşdük deyə daha da maraqli oldu bizə. Italy- Turkey oyununu fan zoneda italyanlarla birgə izlədik və bu özü də ayrı bir zovq idi bizə.

Romada gəzməli görməli yerlər barədə çox yazmayacam google'da search etsəniz nə qədər yerlər gələcək. Təbii ki, əgər Romadasizsa Vaticana mütləq baş çəkin. Papani görə bilmədik amma dedik bu boyda yol gəlmişik eyib olsun adam bir qarşılayar 

Romadan sonra istiqamət - pizzanin vətəni sayılan -Napoli şəhəri 

Bu şəhərdə 1 gün qaldıq və mən o qədər sevdim ki, bu şəhəri. Tirren dənizi sahilində yerləşən bu şəhərin dar küçələrində gəzəndə özünüzü latın amerika seriallarında hiss edəcəksiniz. Şəhər çox qaynar, xaoslu, səs kuylu və təhlükəli şəhərdir. Gözünüz açıq olmalıdır. Scooter'lar idi hər tərəf. Mənə çox zovq verirdi onların şəhərdə turlamasi. Biz yolda gəzəndə o qədər ehtiyatlı, diqqətli gəzirdik ki, indi bu saat nəyimizisə oğurlayarlar deyə. Şükür başımıza səfərimiz boyunca hər hansi bədbəxt hadisə gəlmədi. Napolidə gecəsi 15 avro hostelde qalmışdıq rahat səliqəli bir yer idi. Elə napoli gedən kimi ilk Sorbilla pizzadan yemək oldu, Ki çox çox dadli idi. Dostlarımızın da məsləhəti ilə Napolinin gəzməli görməli yerlərini gördükdən sonra yola düşdük Pompeyə. Deməli, biz cənub səfərimiz üçün qalmağa yerimizi sorrento sechmishdik, chunki həm qiyməti ucuz idi həm hostel səliqəli idi həm dənizə yaxın idi həm də getmək istədiyimiz yerlərə ( Positano, amalfi coast, Capri) yaxin idi.

Gəlin sizə bir sirr verim deməli Napoliden Pompeyə gələrkən çalışın elə bileti Pompeye alın ( 2 euro idi səhv etmirəmsə) və bileti sorrentoya gedəndə validate edin və ordanda yolunuz sorrentoyadisa bilet almadan qatara minib gedə bilərsiz. Biz xam olub hər şeyə bilet alırdıq amma sonra gördük yox e belə olmur hec kim almır axı  yoxlayan da yox.

Pompeyə min 3 saat ayırın. Və mütləq vezuviyə də qalxın deyərdim. Hərçənd ki, bizim vaxtimiz olmadı amma vaxtiniz varsa maraqlı təcrübə olar. Pompeye biz həftəsonuna düşmüşdü deyə giriş üçün bir gun öncədən online bilet almishdiq. Bu çünki tələb olunan bir shey idi. Amma həftə içi getsəniz ele orda girishdə də ala bilərsiniz.

Pompeyden çıxdıq bir başa sorrentoya hostele. Artıq günorta idi biz çatanda elə yerləşib çıxdıq yemək yeyək bir az da dənizinə baş çəkdik qayıtdıq səhərin planini etməyə.

Növbəti gün yolumuz Capri adasina oldu. Ferry ilə getdik və gediş gəliş bir yerdə 36 euro etdi. Əgər cənuba getmisizsə mütləq Capri adasina baş çəkin. Mən ilk dəfə idiki gəmi ilə tur edirdim. Bakıda Xəzərdə olsa da marağımı çəkməmişdi. Biraz da qorxu var idi. Amma burda o qorxunu yendim və adaya səyahət, dənizin səsi, qoxusu, üzümə vuran isti külək hamısı mənə çox gözəl hisslər yaşatdı. Capri adasi yaxınlaşdıqca sanki cənnətdi deyir adam. O qədər gözəl mənzərəsi var ki həqiqətən şəkillərdən belə o gözəllikləri transfer etmək olmur. Anlatilmaz yaşanır dedikləri. Capridə qalxdım küçələrini gəzdim, yol boyu limon, portagal agaclari var idi. Təsadüfi bir həyətə girdim çünki portağalın qoxusu çox gözəl gəlirdi çəkdi məni. Bir baba çıxdı mənə həm limon həm portağal dərdi verdi. Caprinin də dənizinə baş çəkdikdən sonra qayitdiq Sorrentoya hostelimizə. Qayıdanda da gəmini səhv salmışıq tam 3 dəq qala doğru gəmiyə çatdıq nəfəs nəfəsə qalmışdıq bu da bizə ayri bir zövq idi ama .

 

Sorrentodan 2euro'ya positanoya, amalfiyə SİTABUS'lar gedir. Düz elə sorrento qatar stansiyasinin qarşısından. Növbəti gün biletimizi alıb yola düşdük Positanoya yəqin ki positano haqqinda eşitməyən yoxdur. Turistlər orani cənnət adlandırır. Avtobusla gedəndə yolun sağ tərəfində oturun ki mənzərinin dadını çıxara biləsiniz. Amma bura gedəndə səhər erkəndən qalxın yol alin. Cunki sonuncu avtobuslar 7:30da yola düşürdü Sorrentoya. Gəzməyə vaxtınız çox olsun. Burada qiymətlər bahadır, restoranlar, suvenirlər hər şey. Küçələri, mənzərəsi çox gözəldir. Səkillər yerləsdirirəm valeh olarsınız 

Səyahət təcrübəmdə ən sevdiyim şeylərdən biri yeni insanlar tanımağım oldu. Burada yerli xalq azdır siz ancaq turistlərə rast gələcəksiz demək olar.

Növbəti gun amalfi sahilləri- bura gozlədiyimiz qədər bizi valeh etmədi. Düzü positano və capridən sonra bu gözlənilən idi. İki dağın arasinda çox kiçik bir yerdir. Şəhərin ən hündür yerinə qalxdıq mənzərəni izlədik, şəkil çəkdirdik endik sahillərinə. Deməli, ümumiyyətlə bu sahillərdə dəniz daşlı dənizdir və adamın ayağını yara edir. Həm positano həm capri həm amalfi həm də sorrento sahilləri qayalıq daşlıq idi. Suyu çox təmiz idi. Günəş, mənzərə möhtəşəm.

Amalfidən yollandıq sorrentoya dincəldik və səhəri gun sorrentonun öz mərkəzi küçələrini, dənizini gəzdik dostlarımıza, qohumlarimiza hədiyyələr aldıq.

Yaddaqalan, gözəl günlər yaşadıq. Ümumi desəm, transportation çox bərbaddi İtaliyada, xüsusilə də Romada. Düşünün ki, avtobusu əl edib saxlatdirirdiq . Dayanacaqda dayanmaq məsələsj yoxdu. Roma Napoli küçələri zibillərlə dolu idi. İnsanları çox mehribandi amma çox da vecsiz və tənbəldilər. Koronanin ən qızğın vaxtı nəyə görə İtaliyanın eskalasiya yaşadığını mən orda olanda anladim. İnsanlar təmizlik mövzusunda çox geridə qalıblar. Maska, virus hec nə veclərinə deyildi.

Sorrento, positano, capri, amalfi sahilləri cox təmiz, güllərlə çiçəklərlə dolu yerlər idi. İnsana hüzur, dinclik verirdi. Roma və napolidən sonra məni dinceltdi oralar.

Qayıdış Napoli aeroportundan Budapeste oldu. Qiymet 23euro

Beləcə İtaliya səfərimizin sonuna gəldik.

Yolunuzu bir gün mütləq İtaliyadan salın  Ciao

PS: videonu özüm hazırlamışam amatör yəni????

PS: bu arada Tirren dənizi sahilində iki dəfə sunrise və demək olar ki hər gun sunset izlədim. Sizə maraqlıdırsa sunrise, sunset də mütləq planınıza salın.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR