"InTravel Az" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 9 Iyul 2021 21:20 1003
"InTravel Az" işçi axtarır - VAKANSİYA

İş barədə məlumat:

  • Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
  • Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
  • Otellərin bronlaşdırılması
  • Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması
  • Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi
  • İş saatları: 10:00-dan 19:00-dək; Şənbə günü: 10:00-16:00
  • İstirahət günü – Bazar günü
  • Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə dəyişə bilər
  • Əmək haqqı +10-20% bonuslar

Namizədə tələblər:

  • Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir)
  • Səlis və işgüzar danışıq bacarığına malik olmaq
  • Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
  • Məsuliyyətli və diqqətli olmaq
  • Gülərüz və özünə qarşı tələbkar olmaq
  • Vaxtın idarəolunması bacarığına malik olmaq
  • Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
  • Həmçinin turizm səhəsində təhsil almış namizədlər 3 aylıq təcrübə proqramını uğurla keçdikdən sonra işə qəbul oluna bilərlər

Şəkilli CV-lərinizi göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

hr@intravel.az

OXŞAR XƏBƏRLƏR