Moskva bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

ŞƏXSİ TƏCRUBƏ
Şəxsi təcrübə 14 Iyul 2021 15:33 1313
Moskva bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Salam Dostlar

Bu gün sizlərlə Moskvaya Səyahət Təcrübəmi bölüşmək istəyirəm. Ümidvaram postum kimlərəsə faydalı olar

1. Səyahət Öncəsi:

Moskvaya gediş dönüş biletimi Aeroflot-dan 850 manata əldə etmişdim( Economy Class+10 kg Baqaj). Səyahətdən maksimum 72 saat əvvəl PCR testi vermək lazımdır. Mən testi Neftçilər stansiyası yaxınlığında yerləşən 18 nömrəli birləşmiş şəhər xəstəxanasında  verdim. Testin qiyməti 40 manat idi və 1 gün ərzində hazır oldu. Test nəticəsini xəstəxanadan götürməyə ehtiyac olmadı, sadəcə travel. its. gov. az-da şəxsi məlumatları qeyd edib nəticəni çap etmək olur.

2. Moskvaya uçuş:

Aeroport-da check-in uçuşdan 3 saat əvvəl başladı. Çəkisi 5kg olan bel çantamı kabinə keçirməyə icazə verdilər( P.S. Böyük səyahət çamadanı keçirənlər də var idi). 3 saat sonra Moskvaya, Sheremetyevo hava limanına eniş etdik  və ilk şokumu passport kontrolda yaşadım. Aeroport işçisi ingilis dilini bilmirdi, və rus dilində zəif danışan biri olaraq kommunikasiya qurmaqda çətinlik çəkdim. Elə bu an başa düşdüm ki, səyahətimin ardında dil barədə çətinliklər çəkəcəm. Aeroport daxilində müxtəlif mobil operatorların mağazaları var idi və 650 rubl ödəyərək beeline nömrə aldım( 50gb internet+700 dəq danışıq daxil).

3. Moskva:

Əvvəla onu deyim ki, Moskva deyib keçməyin, hər küçəsi tarix və sənət əsərləri ilə dolu bir şəhərdir. Aeroport-dan Metroya Aeroekspress sürət qatarı ilə təqribən 1 saata çatdım( bilet 400 rubl). Moskvaya gəlmədən öncə telefona metro xəritəsi yükləməkdə fayda var. Əslində Moskva metrosu çoxlarının dediyi kimi qəliz deyil, metro daxilində hər yerdə işarələr olduğu üçün, telefonunuzda xəritə olarsa azmazsınız( metro gediş haqqı 60 rubl).

Moskvadakı vaxtım məhdud olduğu üçün sadəcə ən məşhur yerləri gəzə bildim. Mən getdiyim ərəfədə Qırmızı Meydanda kitab festivalı olduğu üçün xeyli insan var idi. Rusların cavan nəsli əksəriyyəti ingilis dili bildiyi üçün və yaşlı nəslə nisbətən mehriban olduğu üçün onlarla söhbətləşə bildim. Amma 40+ yaşı olanlardan heç yol da soruşmaq olmurdu, rus dilində danışsam belə kobud cavab verirdilər.

Azərbaycanla nisbətdə şəhərdə ərzaq qiymətləri təqribən 2 dəfə bahadır. Moskva barədə sevmədiyim digər məqam isə, bizdəki kimi böyük supermaketlərin az olmağıdır. Bəzi yerlərdə mini-marketlər var amma orda da çeşid az idi. Amma bütün bunlara baxmayaraq şəhər çox xoşuma gəldi və fikrimcə bir daha gəlib gəzməyə dəyər.

4. Bakıya dönüş:

PCR testini hava limanında 2750 rubl ödəyərək 1 saata əldə etdim( Növbə olmadığı üçün mən 1 saata əldə etdim, əsində bu qiymətə 2 saata hazır olur).Uçuş problemsiz oldu və 3 saat-a Bakıya çatdım.

Sona kimi oxuduğunuz üçün minnnətdaram. Qismət olsa sonrakı yazımda Helsinki-yə səyahət təcrübəmi bölüşəcəm.

Suallarınız varsa rəylərdə soruşa bilərsiniz.

Təşəkkürlər,

Şamil Niftəliyev

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR