Daha bir qrup azərbaycanlı miqrant Almaniyadan deportasiya olunur

Daha bir qrup azərbaycanlı miqrant Almaniyadan deportasiya olunur
Xaricdə iş və miqrasiya 13 Iyul 2021 16:00 2179
Daha bir qrup azərbaycanlı miqrant Almaniyadan deportasiya olunur

Almaniyada qanunsuz yaşayan və sığınacaq tələbi rədd edilən Azərbaycan vətəndaşlarının növbəti kütləvi deportasiyası gözlənilir.

Seyyah.az xəbər verir ki, ötən gün 30-a yaxın azərbaycanlı Münhen hava limanı yaxınlığındakı miqrasiya idarəsi tabeliyində olan, deportasiya ediləcək şəxslərin müvvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər.

Adları deportasiya ediləcək şəxslərin siyahısında olan 10-dan çox şəxsin də axtarışları aparılır. Münhen polisi Azərbaycan vətəndaşlarının qaldıqları mənzillərə baş çəksə də, deportasiya ediləcək şəxsləri orada tapa bilməyiblər.

Məlumatda bildirilir ki, bu dəfə deportasiya ediləcək şəxslər 2016-2019-cu illərdə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyənlər, indiyə kimi möhlət hüququ ilə yaşayanlar və ölkədə qalma müddəti bitən şəxslərdir.

Xatırladaq ki, cari il yanvar ayından indiyədək Almaniyada yaşayan Azərbaycan vətənaşlarının 6 dəfə kütləvi deportasiyası həyata keçirilib.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR