Vizasız Avropa - ŞƏXSİ TƏCRÜBƏ

ŞƏXSİ TƏCRUBƏ
Şəxsi təcrübə 20 Iyul 2021 17:08 1507
Vizasız Avropa - ŞƏXSİ TƏCRÜBƏ

Lvov və Kiev səyahəti

Bu səfər yolumuz Ukraynayadır. Məlum məsələ bir çoxlarınız Avropa deyib avropa eşidir odur ki, gəlin sizə vizasız Avropadan danışım! Bu Lvovdur! Burada o darıxdığınız avropa abu-havasını tapacaqsınız ən əsası da Bakıdan ucuz qiymətləri!

Başladıq! Birinci ölkədə olan vəziyyətdən danışım eynən bizdədi kimi çöldə maska taxmırsınız bağlı məkanlarda isə şərtdir. Pub, club və restoranlar 12yə kimi çalışır yalnız.

Covid test ilə bağlı Azərbaycan vətəndaşları iki dozalı vaksin qəbul edibsə, onun PCR test verməyinə ehtiyac yoxdur. Vaksin sənədiniz yoxdursa o zaman test verməli olacaqsınız. Birdə məcburi sigorta var onu da bu saytdan https://visitukraine.today/ ala bilərsiniz. Azərbaycandan alınan səyahət siğortası keçərli hesab edilmir əğər o şirkətin Ukraynada ofisi yoxdursa.

Əsas məqamları öyrəndiyinizə görə keçək səyahəti planlamağa!

Təyyarə bileti: skyup ilə Bakı – Lvov 2 Avqust 172. Ukrayna Hava yolları ilə Kiev – Bakı 8 Avqust 128 EUR. (Buta da Bakı – Kiev – Bakı reysləri yerinə yetirir)

Qatar bileti: Lvov – Kiev 30-40 AZN öncədən saytdan almalısınız.

Məsləhətli Otellər:

Lvovda: 2-5 Avqust tarixləri üçün 2 nəfərlik otaqda 2 nəfər üçün qiymətləri qeyd edirəm.

Pop Art Hostel 111 AZN

Coin Hotel 109 AZN

Old City Hostel 124 AZN

2 Virmens'ka Apartment 140 AZN

Cossacks Hostel 126 AZN

Kievdə: 2 nəfərlik otaq 5-8 Avqust tarixləri üçün qiymətlər!

Royal Grand Hotel 215 AZN

Black Sea Hotel Kiev 229

Monotel Maidan A 137 AZN

P2B hostel & bar 108 (Hostellər çoxdur 95 AZN-dən başlayaraq 2 nəfərlik otaq ümumi hamam otağı ilə)

Restoran və Kafelərdə qiymətlər Bakıdan 5-10 AZN daha ucuzdur. Alqokollu içkilər də eynən daha ucuz! 4 shot nalivka cəmi 6 azn və sair.

Lvovu və Kievi görmək istəyənlər isə 23 Avqust tarixinədək diqqətiniz story-lərimdə olsun! Qarış-qarış gəzib sizləri də onlayn gəzdirirəm

Instagram: https://www.instagram.com/jala.alakbarova/

OXŞAR XƏBƏRLƏR