Maldiv bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 28 Avqust 2021 14:23 1510
Maldiv bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Salam əziz gəzəyənlər!

 

Bu postda 10 ildən sonra birtəhər uşaqların əlindən qaçmış valideynlərin #Maldiv səyahətindən danışım.

1. Yaşadığımız Özbəkistandan Maldivə normalda birbaşa reyslər olur, amma pandemiya səbəbilə yetəri adam yığılmadığı üçün Dubay tranziti ilə uçduq. Dubaydan ora demək olar ki, hər gün uçuş var. Adətən uçuşlar paytaxt Maleyə olur. Cənub tərəfdə başqa beynəlxalq aeroport da var.

 

2. Maldivlər 1200-ə yaxın adadan ibarətdir və bunun hardasa 100-dən bir az çoxu turistik istirahət mərkəzləridir. Adətən bir ada bir otel olur, amma bəzi böyük adalarda bir neçə otel ola bilər.

 

3. Maleyə çatdıqdan sonra ya su təyyarəsi ilə (seaplane) ya da kiçik gəmilərlə (seaboat) öz adanıza gedə bilərsiniz. Seaplane daha tez və adaları yuxarıdan görə bildiyin üçün daha maraqlıdır. Amma bir az yorucudur, xüsusilə motorun səsi adamın başına düşür. Maleyə yaxın ada seçsəniz daha rahat olar.

 

4. Maldivlərdə hər qiymətə otellər var. Həftəsi 300$ 3 ulduzlu otellər olduğu kimi həftəsi 15000$ olanları da var. Bookingdə baxa bilərsiniz. Hətta airbnb-də də villalar tapmaq olur. Amma burda nüans çoxdur. Maleyə düşən kimi dərhal adaya sizin aparılmanızı əvvəlcədən düz qoş etməlisiniz və adətənbinlar ayrı hesablanır. Ən yaxşısı turizm şirkəti vasitəsilə getməkdir, biz elə etdik. Qiymətlər də bookinglə təxmini eyni çıxırdı, hətta bir az ucuz.

 

 

5. Bizim qaldığımız resortda və əksər digər adalarda bir neçə növ villalar olur -

 

A) Hovuzsuz/Hovuzsuz cəngəllikdə villalar

 

Sahilin kənarında hovuzlu/hovuzsuz villalar

 

C) Suyun üstündə hovuzlu/hovuzsuz villalar

 

Hovuzlular nisbətən baha olur. Suyun üstündəki villalardan adətən birbaşa okena pilləkanlar olur.

 

6. Adaya düşdükdən sonra qalırsınız ancaq otelin ümidinə ona görə də əgər çox yeyənsinizsə elə başdan ya full board ya da all inclusive paket alıb gedin. Tək tək alsanız çox baha çıxır və alternativiniz olmur. Hər şey də satılmır. Özünüzlə şokoladdan zaddan da götürün, axşam çayla içməyə

 

 

 

7. Maldivlərdə əsas insanlardan uzaq qalma, təbiətlə iç-içə olma turistlərin əsas istəyi olsa da maraqlı aktivitələr var

 

A) Kayaking, snorkeling, diving, jet ski, fly board və s. tipli su aktivitələri. Cütlüklər üçün diving fotosessiyaları da olur. Adanı seçəndə maraqlı diving yerinə yaxın olmasına da diqqət edin ki, fərqli su canlılarını görə biləsiniz

 

köpək balığı yemləmə, gün batımı delfinlər üzən tərəfə kruiz turlar, balıq tutma və s.

 

C) yerli adaya səyahət edərək əsl maldiv insanlarının həyatı ilə tanış olmaq

 

D) axşamları karaoke, diskoteka və s. tipli ənənəvi otel əyləncələr.

 

İyul - Noyabr arası musson yağışları aəbəbiylə sezon sayılmır və qiymətlər bir qədər aşağı olur. Maldivlər il boyu istidir, amma bu aylarda şiddətli yağış yağa bilər. Proqnoz etmək də olmur, bəxt məsələsidir. Misal üçün bizim 7 günün 2sində yağmışdı. 1 gün tam 1 gün yarım. Digər günlər isə çox isti idi.

 

9) Adada adətən kərtənkələ, yarasa, yengəç (krab) tipli canlılar çox olur. Kərtənkələlərin villalara girmə ehtimalı da çoxdur

 

 

 

zərəri olmasa da, qorxursunuzsa ən yaxşısı su villalarıdır.

 

10) Dubay üzərindən uçursunuzsa qayıdan zaman 2-3 gün qalıb gəzib qayıda bilərsiniz.

 

 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR