Almaniyaya hər il 400 min nəfər - Miqrant Lazımdır

Almaniyaya hər il 400 min nəfər - Miqrant Lazımdır
Xaricdə iş və miqrasiya 13 Sentyabr 2021 09:50 3261
Almaniyaya hər il 400 min nəfər - Miqrant Lazımdır

Almaniyanın işçi qüvvəsinə olan ehtiyaclarını qarşılamaq üçün ildə 400 min yeni miqranta ehtiyac var.

Seyyah.az xəbər verir ki, bu barədə ölkənin Məşğulluq Agentliyinin sədri Detlef Şeele bildirib. Onun sözlərinə görə, Almaniyada ixtisaslı işçi qüvvəsi qıtlığı var və bu qıtlığı aradan qaldırmaq üçün xarici miqrantlar tələb olunur.

«Kondisionerlərə texniki qulluqdan tutmuş, logistika mütəxəssislərinə və alimlərə qədər: hər yerdə ixtisaslı işçi qıtlığı olacaq»-deyə Şeele bildirib.

Məmurun sözlərinə görə, bu prolemi ixtisaslı olmayan işçi qüvvəsinə təlimlər keçməklə, yarım gün işləyən qadınlara dəstək verməklə, eləcə də xaricdən böyük sayda işçi qüvvəsi cəlb etməklə həll etmək mümkündür: «Bizə ildə 400 min miqrant lazımdır, yəni əvvəlki illərdə olduğundan daha artıq»

Qeyd edək ki, Almaniyaya ixtisaslı miqrantların cəlb edilməsi ideyası yeni deyil. Hələ 2020-ci idin martında hökumət «İxtisaslı işçilərin immiqrasiyası haqqında» qanun layihəsi hazırlayıb. Burada məqsəd ixtisaslı işçilərə daha tez viza verilməsi və onların ölkəyə gəlişinə kömək etmək idi. Amma koronavirus pandemiyasının başlanması o vaxt bu prosesə mane olmuşdu.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR