Almaniya 353 Azərbaycan vətəndaşının sığınacaq müraciətini - Rədd Edib

Almaniya 353 Azərbaycan vətəndaşının sığınacaq müraciətini - Rədd Edib
Xaricdə iş və miqrasiya 17 Sentyabr 2021 13:32 3135
Almaniya 353 Azərbaycan vətəndaşının sığınacaq müraciətini - Rədd Edib

Almaniya Federativ Respublikası bu ilin son 8 ayı ərzində 353 Azərbaycan Respublikası vətəndaşının sığınacaq müraciətinə rədd cavabı verib.

Seyyah.az xəbər verir ki, bu barədə  Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının son 8 ayda daxil olan müraciətlərinin sayı 636-dır. Onlardan yalnız biri sığınacaq hüququ olan şəxs kimi tanınıb.

Məlumata görə, bu dövrdə 24 nəfərə qaçqın, 13 nəfərə isə köməkçi qoruma statusu verilib, 6 nəfərin ölkədən deportasiyası qadağan olunub.

Səkkiz ay ərzində işinə baxılanlardan yalınız 6,9 %-i ümumi müdafiə dərəcəsinə daxil olub, 239 Azərbaycan Respublikası vətəndaşının müraciətinə “işin digər qaydada aparılması” qərarı verilib.

Məlumat üçün bildirək ki, ötən ay ümumilikdə 11 847 əcnəbi Almaniyadan sığınacaq istəyib.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR