Aralıq dənizinin tətil cənnəti - Antalya - ŞƏXSİ TƏCRÜBƏ

Aralıq dənizinin tətil cənnəti - Antalya - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 28 Sentyabr 2021 10:48 1121
Aralıq dənizinin tətil cənnəti - Antalya - ŞƏXSİ TƏCRÜBƏ

Sizə aşiq olduğum Antalya haqqında danışmaq istəyirəm. Əvvəlcə deyim ki, mən daha əvvəl də Antalyada təxminən 2 həftə olmuşam. Amma bu qədər sevməmişdim. Anladım ki, bir şəhəri 1 həftə gəzməklə kəşf etmək mümkün deyil.

Antalya çox böyük şəhərdir. Ona görə də ora getmədən əvvəl necə bir tətil etmək istədiyinizə qərar verməlisiniz. Daha çox sakit, tarixi yerlərə səyahət yoxsa hərarətli klubların olduğu yerə getmək istədiyinizdən əmin olun.

Antalyaya gedirəm deyəndə Türkiyə içində şəhər Antalya nəzərdə tutulur. Hətta avtobuslar, tramvaylar sadəcə şəhər Antalya içində hərəkət edir. Mən deyərdim ki, Antalyaya gedirəm adı ilə araşdırma etmədən mərkəzə gedən çox turist var.

Antalya mərkəzə getsəniz

- Kaleiçi ilk növbədə görməli olduğunuz yerdir. Burada qədim evlər hazırda hoteldir, dənizə açılan mənzərə, turistlər üçün "pazarlanan" bir neçə yer var. Yol Hadrian kapıları deyilən yerdən başlayır, Saat kulesi və uzun yollar sizi Güllük adlana yerə gətirir. Təxminən saat 16:00- da başlayan yol 20:00- da bitəcək.

Antalyada Konyaaltı və Lara plyajlarına gedə bilərsiniz. Lara qumlu, Konyaaltı isə daşlıq plyajdır. Amma Antalyanın ilçələrinə (ilçə- rayonlar mənasına gəlir. Şəhərin rayonları) gedəcəksinizsə, burada nə vaxtınızı öldürün nə də pulunuzu xərcləyin. Amma Antalyaya getmişkən dənizə girmədən Konyaaltı mənzərəsini görməyə dəyər.

Midye sevirsinizsə, İşıklar caddesində (Bu cadde Kaleiçii kimi birşeydir, Kaleiçinə daxil ola biləcəyiniz məhşur Hadrian qapıları bu caddede yerləşir) 07 Midye adlı restoranda təzə-təzə midyelərdən yeməyinizi məsləhət görürəm. Balık ekmek isə mənim Antalya fovaritimdir. İstanbulda olan balık ekmekden fərqlidir. Əsas fərq odur ki, burada balığın növünü özünüz seçirsiniz. Məsələn mən levrek və ya çupradan balık ekmek yeməyi sevirəm. İçinə isə açıq bufedən turşu və tərəvəzlər götürüb qoya bilərsiniz. Mən sadəcə turşu ilə yeməyi çox sevdim. Siz də getsəniz yoxlayın. (İşıklarda Mc donaldsın yanındakı balık ekmekçi daha qəşəngdi)

İşıklar caddesində alış veriş üçün xeyli mağaza var. Amma AVM-ə getmək istəsəniz, çox da uzaqda yerləşməyən MarkAntalyaya, xeyli uzaqda yerləşən (trene minib Sinan stansiyasında edib gedə bilərsiniz) Deepo-a gedə bilərsiniz. Bundan başqa 5M migros deyilən AVM-də var. Amma İstanbula gedəcəksinizsə buradan çox alış veriş etməyə dəyməz. Onu da unutmayın ki, Antalyada daha cəsarətli geyimləri rahatlıqla geyinə bilərsiniz.

Antalya qəribə olanlardan biri də o idi ki, şəhərin ilçelerinə getmək üçün otogara getmək lazımdır. Çünki çox uzaqdır.

Mənim səfərlərim ən çox Side-Manavgat tərəfə olurdu. Otogardan 23 tl verərək 2-2.5 saata Manavgata çatmaq olur. Manavgatda məhşur şəlaləyə getmədən olmaz deyib ora getdik, ora getmişkən mütləq kamp alanlarında kamp edin- xüsusilə Olimposda. Kamp çox ucuz hesab etməyin 150 tl kimi bir pul çıxır, sadəcə həm hotel çox daha bahadır həm də kampın öz marağı var.

Side Antik kentine gedin, burada qədim Romalıların qurduqları şəhərin qalıntılarını kəşf edib, çox gözəl dumduru bir sahilə keçid edəcəksiniz. Təbii ki, Türkiyədə tarixi yerlərə giriş ücretlidir səhv etmirəmsə 60 tl pul aldılar biletə. Amma tələbəsinizsə 30 tl-ə 1 il istifadə edə biləcəyiniz muzekart da ala bilərsiniz. Turistlər isə bu kartı 600 tl-ə ala bilərlər.

Antik kent ətrafındakı restoranların çox baha olduğunu unutmayın.

Burada ən ucuz yemək gözleme ola bilər. O da yenə xeyli baha qiymətə.

Sidede alı. veriş mərkəzləri də var, oradan özünüzə paltar da al bilərsiniz.

Belekdə tətil getməyənlər üçün çox gözəl gələ bilər, amma mən getdim gördüm heç qəşəng yer deyil. Mərci supu belə 25 tl-dir ən bərbad lokantada. Dəniz isə eyni dəniz. Sadəcə gözəl hotellər var, orada qalıb hotelin dadını şıxartmaq olar. Amma bu mənim üçün belədir, əgər siz klublar, gecə, "yaz aşkı" axtarırsınızsa Belek sizlikdir. Gecələr bahalı klublarda coşmaq üçün bura ideal yerdir. Bir də Land of Legend adlı bir şəhərcik kimi yer var. Burada böyük ticarət mərkəzi, möhtəşəm Aquapark, axşamlar şoular və s turistləri coşdurur. Amma o qədər bahalıqdır ki, mən kiçik-kiçik divarlar arsənda qalan boşluqlardan Aquaparka baxa bildim sadəcə.

Belekə yaxın olan (əslində uzaqdır, Anatlya yaxın sayılır) Tarixi yerləri sevirsinizsə, Aspendosa mütləq gedin. Bu antik tiyatrda çox fərqli bir akustika var və insanı vahiməyə salır. Getmişkən Aspendosun hekayəsini də oxuyun və yaxınlıqdakı körpünü də ziyarət edin.

Yox, mən Maldivlərdəki kimi dənizə getmək istəyirəm deyirsinizsə, yenə gedirsiniz otogara və Kaş-Kalkan avtobusuna minib yollanırsınız ora. Üffff, üffff cənnəttttdir Kaş! Kaputaş plyajına getməyi unutmayın. ora getmişkən Pataraya da gedin. Patara Kleopatra üçün salınan səhradır. Hekayəsini oxuduqdan sonra ora getmək istəyəcəyinizə əminəm. Gecə dönmək isə çətin işdir, gecələməli olacağınızı da nəzərə alın.

Alanyada da yenə həm gecə dünyasına dala, gündüzlər mavi sualarda üzə biləriniz. Burada gəziləcək yer Alanya qalası və Dim mağaralarıdır. Təbii ki bir birindən xeyli uzaqdı. Antalyada sizi gəzdirəcək biri yoxdursa, yola aşırı çox pul xərcləməli olacaqsınız. Təbii ki, bu avtostopla gəzməyənlərə aiddir. Alanyada da qəşəng kamp yerlərindən birində qaldım mən. 1 gecə kamp edərək qalmaq mənim üçün daha uyğun idi. Siz də google-da kamp alanı yazaraq belə yerləri tapıb gecələyə bilərsiniz.

Antalyay getmişkən ən azından Dalış edib, yeraltı dünyanı kəşf edin. Qiymətlət ən ucuzu Kemer de olsa da burada dalış keyfiyyətli deyil. Ən yaxşısı baha da olsa Kaşdır. Amma pulunuz çatmasa 135tl verib Kemerde de dala bilərsiniz.

Məhşur Kəmər

Kəmərdə ancaq klub və beachlər var. 3 günlük tətil istəyirsinizsə əsl sizin yerinizdir. Dəniz, klub, əyləncə. Suya da yaxşıdır. Lakin uzun müddət kemerde qalmağa dəyməz.

Deyirlər, Adrasan da qəşəngdir, amma gedə bilmədim.

Amma sizə məsləhətim əgər nəqliyyat sıxıntınız varsa, günübirlik turlarla gedib gəzin. Düzdür tez-tez göstərib keçəcəklər hər yeri, amma gəzib görmüş olacaqsınız. Hətta köprülü kanyona gedib rafting də edə bilərsiniz bu günübirlik turlarla. Qiymıtləri də aşırı baha deyil.

Antalyaya çaşıb İyulda gedərsiniz, o səhvi etməyin. Ən gözəli avqustun 10-dan sonradır. (ən tezi)

Əgər Antalyada uzun müddət qalacaqsınızsa siz də mənim kimi tələbə evi kirayələsəniz daha ucuza qala bilərsiniz. Mən 1000 tl-ə Antalyanın mərkəzində otaq kirayələdim. (Bu qiymətə başqa yerdə ev kirayələnir, amma Antalya çox baha şəhərdir)

Və getmək istədiyiniz şəhərin Antalya olduğunu bilərək gedin, bu şəhərdə tətil çox bahadır.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR