"Holiday Inn Baku" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 5 Oktyabr 2021 15:59 1477
"Holiday Inn Baku" işçi axtarır - VAKANSİYA

Şirkət: Holiday İnn Baku Hotel
Vəzifə: Təmizlik işçisi

İş barədə məlumat:

• Təsərrüfat işlərinin normal ardıcıllıqla davam etməsi;
• Camaşırların mehmanxana daxilində, camaşırxanaya və mərtəbələrə daşınması;
• Müştərilərin tələblərinin (əlavə yataqlar, əlavə yastıqlar, yataqların düzəldilməsi, ayaqqabıların təmizlənməsi və s.) yerinə yetirilməsi ;
• Xalça və örtüklərin yuyulması;
• Mərtəbələrdə lazım olan ləvazimatın paylanması;
• Müştərilərin paltarlarının kimyəvi təmizləmə, yuma və ütüləmə məqsədilə yığılması və bu işlər görüldükdən sonra qaytarılması;
• Məsul olduğu sahələrin təmizliyi;
• Şəxsi gigiyena və görünüş qorunmalı və standartlara uyğun olmalıdır.

Tələblər:

• Təmizlik standartları haqqında tam məlumat
• Müvafiq sahədə iş təcrübəsi
• Komandada işləmək bacarığı
• Diqqətli, məsuliyyətli və cəld
• 25-45 yaş arasında namizədlər

Namizədlərin CV-lərini hr@hi-baku.com e-mail ünvanına göndərmələrini xahiş edirik.

OXŞAR XƏBƏRLƏR