"King's landing" - Dubrovnik - ŞƏXSİ TƏCRÜBƏ

ŞƏXSİ TƏCRUBƏ
Şəxsi təcrübə 8 Dekabr 2021 11:21 968
"King's landing" - Dubrovnik - ŞƏXSİ TƏCRÜBƏ

Salam, ilk dəfə səyahətim haqqqında mən də bir şeylər yazmaq istədim.

Ötən bir həftə Dubrovnik/Xorvatiya, Kotor/Monteneqro,

Mostar/Bosniya&Hersoqovina da oldum.

Xorvatiya barədə qısa məlumat:

- Avropa Birlİyinə daxildirlər. Şengenə daxil deyillər. 2025-ci ilə kimi daxil olmağı planlaşdırırlar

- Öz pul vahidlərini - kuna işlədirlər. Növbəti ilə avroya keçməyi planlaşdırırlar. Əhali arasında Yunanıstanın gününə düşəcəyik kimi narazıçılıqlar var.

Dubrovnik:

- Dubrovnik əsasən yay turizmi ilə məşhurdur. Digər aylarda da tarixi və ya “Game of Thrones” turları olur, amma çox kiçik həcmdə

- Dubrovnik 14-19 cu əsrlərdə Osmanlıya vergi və hədiyyələr verməklə öz müstəqiliyyini qoruyub, saxlamışdır

- “City Wall Tour“ etsəniz Dubrovnikin tarixi barədə, öz müstəqilliklərini necə qoruduqlarını və sonda Napoelona necə uduzduqları barədə hekayələr eşidəcəksiniz

- Dubrovnik qala divarlarının uzunluğu təqribən 2km (1940 m) və təqribən 940 pilləkəndən ibarətdir (Ümumiyyətlə Dubrovnik köhnə şəhərdə 5000 pilləkan var). Instagram şəkilləri çəkmək üçün də Qala divarlarına getmək olar. Mənzərə yaxşıdır. Qala divarlarında həm də Daenerys-in əhdahalarla bir səhnəsi çəkilib.

- Köhnə şəhərdə (old town) yaşayanların 50%-i evlərini turistlərə kirayə verir və özü başqa yerdə qalır. Orta aylıq maaş 800 avro civarındadır. Köhnə şəhərdə bir günlük kirayə 100 avro civarındadır. Bir yerli bu bizi tənbəl öyrədir deyə mənə şikayət belə etdi 

- Dubrovnikdə turizm uzun müddət olsa da şəhər “Game of Thrones” çəkilişlərindən sonra daha çox məşhurlaşdı və turist axını başladı

- Əgər “Game of Thrones” azərkeşisizsə, “Game of Thrones” turu götürə bilərsiz. “Walk of Shame”, “Joffreyin toy mərasimi”, “Little finger ilə Cersei dialoqu” və s çəkiliş yerlərini yaxından görə bilərsiz. Əgər orijinal “Iron Throne”-u görmək istəyirsinizə, Lokrum adasına getmək lazımdır. Məndə buna vaxt çatmadı.

- Amma Lokrum adasını yaxından görmək üçün “Kayak turu” etdim. Kayak turu ilə ilk öncə Dubrovnik divarlarını dəniz tərəfdən yaxından görürsüz, sonra Lokrum adasının ətrafına dövrə vurub, ordakı mağarada biraz istirahət edib/instagram şəkilləri çəkirsiz. Ada həm də “Nude qaya çimərliyi” ilə məşhurdur. Tur sonda Dubrovnik sahilində başqa mağaraya gəlir. Orda üzüb, eyni zamanda “snorkeling” edə bilərsiz.

- Günəşin batmağını və şəhərin panoramik görüntüsü üçün Srd dağına getmək məsləhətdir. Orada ponarama restoranında romantik yemək də yeyə bilərsiz

- Dağda biraz irəlidə “axırıncı qala” var. Ora yollar yaxşı olmadığına görə çox tur getmir. Ya yürüyüş etməklə, ya da “Buggy Safari“ turları ilə getmək olur. Qala son Balkan müharibəsində dağılıb və hələ də bərpa olunmayıb. Bərpa edək yoxsa müharibənin xatirəsi kimi saxlayaq şəklində debatlar gedir.

- Dubrovnikdə bir neçə çimərlik var, çimərliklərin keyfiyyəti yaxşıdır. Bundan əlavə Dubrovnik adalarındakı çimərliklərə də turlar var.

- Əgər əylənmək istəyirsizsə, ən məşhur klub, “Club Revelin”-dir. Covid-ə görə gecə 12-də bağlanır.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR