"Yeni Ganja Hotel Company" işçi axtarır - VAKANSİYA
VAKANSİYA
Təhsil və karyera 15 Dekabr 2021 18:44 2346
Baş Mühasib
Ünvan: Ramada Plaza by Wyndham Gence, Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə Nizami küçəsinin kəsişməsi.
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Vergi və mühasibat uçotunun aparılması
- DSMF, Statistika, Məşğulluq və bütün növ Vergi hesabatlarının hazırlanması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Aylıq hesabatlarının tərtib edilməsi
- Mənfəət Vergi Bəyannaməsinin hazırlanması
- Əmək haqqı, məzuniyyətlərin hesablanması
- Rəhbərliyə lazımı məlumatları hazırlayıb təhvil vermək
- e-gov.az, e-taxes.gov.az-BTP –dən işləmə bacarığı
- Online kargüzarlıq bölməsi bağlı işlərin həyata keçirilməsi
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanması
- Debitor və Kreditorlarla hesablaşmalar
- ƏDV ilə hesablaşmalar, ƏDV Bəyannaməsinin verilməsi və əvəzləşdirmənin aparılması
- E-Qaimə Fakturalarının tərtib olunması və göndərilməsi
- Vergi yoxlanışları zamanı auditorlarla işləri koordinasiya edilməsi və tələb olunan məlumatların vaxtında və dəqiq təmin edilməsi
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və yaxud hotelçilik sahəsi üzrə ali təhsil üstünlük hesab edilir);
- Rus və ingilis dili bilikləri arzu olunandır;
- Kompüter bilikləri: 1C (üstünlükdür), Microsoft Office: xüsusən word, excel və power point proqramları;
- Hotelçilik və özəl sektorda minimum 3 il iş tərcübəsi;
- İş yeri Gəncə şəhərində yerləşir;
- İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
- Analitik düşüncə və analiz qabiliyyətinin olması.
İşçinin təminatları:
- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.
OXŞAR XƏBƏRLƏR