2 mərtəbəli həyət evi. Həyətə daş döşənib. Qonaqlar 2-ci mərtəbədəki 3 otaqda və şüşəbənddə yerləşəbilərlər. 1 otaq 4 nəfərlik, digər iki otaq 6 nəfərlikdir. Yayda şüşəbənddə də qalmaq olar - 6 nəfər. Evturistləri qış və yay aylarında qəbul edir.
Şərait:
Evdə istilik sistemi var və qışda ev bu sistemin vasitəsilə qızdırılır. Evdə soyuducu, telefon, televizor var(şüşəbənddədir), qonaqların istəyindən asılı olaraq otaqlarda da televizor yerləşdirmək imkanı var. Hamam,ayaqyolu və mətbəx 1-ci mərtəbədədir.
Qiymətlər: (adambaşına)
Bu evdə qidalanmadan 1 nəfərin bir gün yaşaması 6 manata başa gəlir. Qrup (10 nəfərdən artıq) qiyməti 5 manat olabilər. Səhər yeməyi daxil olduqda qiymət 8 manat, qrup qiyməti 7 manat təşkil edir.
Qışda evin qızdırılması xərcləri olduğuna görə, qiymətlər yuxarı olur - 1 nəfər 9 manat, səhər yeməyi ilə 10 manat. Qış dövrü üçün qrup qiymətləri 7 manat, səhər yeməyi ilə 9 manat təşkil edir.
Ev Qusar şəhərində Süleyman Stalski, 60 ünvanında, idman kompleksi, avtovağzal ərazisində yerləşir.
Əlaqə:
050 524 24 96
055 508 83 72
Baxılıb: 1272