Azərbaycan / Şəki
70 azn
ƏLAVƏ MƏLUMAT

Qonaqların istifadəsinə Qafqaz dağlarının ətəyində, şam meşəsində dəniz səviyyəsindən 1050 m. hündürlükdə olan ərazidə 20 ev şəraitli 1,2,3 və 4 otaqlı kotteclər verilir. Hər bir kottecdə isti və soyuq suyu olan hamam, bütün ləvazimatı ilə mətbəx, sanitariya qovşağı, soyuducu, peyk antenalı televizor, daxili telefon qovşağı, kottecinizin yanında avtomobiliniz üçün yer, uşaqlarınızın əylənməsi üçün xüsusi köşklər var. Restoranda Siz istədiyiniz yeməkləri sifariş verə bilərsiniz. 8 yaşına qədər uşaqların istirahət zonasında yaşamağı və səhər yeməyi pulsuzdur. Axşamlar şou proqramlar təşkil edilir.


"Narın Qala"nın əməkdaşları qonaqları Muştaq təxəllüsü ilə şeirlər yazan Şəki xanı Hüseynxan tərəfindən 1762-ci ildə tikilən, dünyada öz orijinallığı ilə yeganə olan Xan sarayı ilə, böyük mütəfəkkir M.F.Axundovun ev-muzeyi və diyarşünaslıq muzeyi ilə, Kiş kəndində olan qədim alban məbədi, XVIII əsrdə tikilmiş karvansara ilə və başqa tarixi yerlərlə tanış edir. 

ŞƏKİ OFİSİ:


Azərbaycan. Şəki rayonu, Kiş kəndi ərazisi


İndeks: AZ5500, 


Tel.: (+994 50) 829 77 70
       (+994 50) 829 77 71

 

 

 

Baxılıb: 22936