
2 mərtəbəli həyət evi Həftoni qəsəbəsində İstisu sanatoriyasına yaxın ərazidədir. Qonaqlar 2-ci mərtəbədəki 4 otaqda yerləşə bilərlər. 2-ci mərtəbədə otaqlarla yanaşı mətbəx, 2 eyvan (biri meşəyə, digəri dənizə baxır) var. Otaqlar 3-5 nəfərlikdir. Ev turistləri həm qış, həm də yay aylarında qəbul edir.
Şərait:
Qışda otaqlar elektrik qızdırıcısı ilə qızdırılır. Evdə soyuducu, 2 televizor (1-o otaqda, 1-i eyvanda), telefon, eləcə də qonaqların özlərinin yemək hazırlaması üçün qaz plitəsi var. Hamam-ayaqyolu 1-ci mərtəbədədir. Həyətdə 2-ci ayaqyolu və duş var.
Qiymətlər (adambaşına):
Bu evdə qidalanmadan 1 nəfərin bir gün yaşaması 6-11 manata başa gəlir. Səhər yeməyi daxil olduqda qiymət 9-14 manat təşkil edir. Qonaqların istəyi ilə gündə 3 dəfə də qidalana bilərlər. Bunun qiyməti ayrıca hesablanır.
Əlaqə:
050 742 13 43
050 532 87 60
025 256 31 43
025 256 34 14 Hüseyn Kərimov