Azərbaycan / Gəncə
50 azn
ƏLAVƏ MƏLUMAT

"Gəncə" hoteli Gəncə şəhərinin tam mərkəzində - şəhər icra hakimiyyətinin qarşısında yerləşib. Hotel Gəncə şəhər hava limanından 20 dəqiqəlik, Gəncə şəhər Dəmir yolu vağzalından 15 dəqiqəlik məsafədədədir. Gəncə şəhərinin məşhur Xan bağı da hotelin yaxınlığındadır.


"Gəncə" hotelində müştərilərə 74 yaşayış otağı təklif olunur. Bunlardan: 2-si "VİP", 7-si "Lux", 5-i "Premium", 60-ı "Standard" kateqoriyasına aiddir. İstənilən kateqoriyalı otaqda qonaqların rahatçılığı üçün hər cür şərait mövcuddur.


"Gəncə" hotelində 1 nəfərin bir gecə qalması üçün tarif "Standard" otaq üçün 50 manat (2 nəfər üçün 60 manat), "Premium" otaq üçün 80 manat (2 nəfərə 90 manat), "Lux" otaq üçün 140 manat (2 nəfərə 150 manat) təşkil edir. "VIP" otaqda gecələmək 200 manatdır.


Bu qiymətə pulsuz səhər yeməyi və sürətli internet (Wi-Fi) daxildir.


Qonaqların hotelə qəbul ("Check in") və hoteli tərk etmə ("Check out") vaxtı saat 12:00-dir.

Baxılıb: 1431