Azərbaycan / Şəki
80 azn
ƏLAVƏ MƏLUMAT

Şəki Olimpiya İdman və İstirahət Kompleksi eyni zamanda 200 nəfər qonaq qəbul etmək gücünə malikdir. Yerləşdirmə tipi hotel binası və kotteclər olmaqla iki yerə bölünür. Otel binası iki mərtəbəli, kotteclər isə bir və iki mərtəbəlidirlər. İstər kottecdə, istərsə də Otel otaqları yüksək zövqlə bəzədilmiş, mərkəzləşdirilmiş isitmə-soyutma və havalandırma sistemləri ilə təchiz edilib. Müxtəlif idman oyunlarının keçirilməsi üçün zallarla yanaşı, burada rəsmi görüşlərin, tədbirlərin keçirilməsi üçün konfrans zalı da var.


Qonaqların vaxtlarını səmərəli keçirməsi üçün kompleksdə stolüstü tennis, bilyard, qapalı hovuz, sauna, böyük tennis kortu, Aquapark, uşaqlar üçün oyun zalı və s. xidmətlər fəaliyyət göstərir. Bütünlükdə göstərilən xidmət səviyyəsinə, xidmətin çeşidlərinə və otaqların ləvazimat təchizatına görə bu kompleksin fəaliyyəti 5 ulduz standartlarına tam cavab verir.


Kompleksdə 34 otel və 37 kottec var.

 

"Sheki Olimpik Hotel & Resort"-da bir günlük otaqların qiyməti 80-160 manat arasında dəyişir. VİP koteclərdə qalmaq isə 400 manata başa gəlir. 

Bu qiymətlərə səhər yeməyi, tennis kortu, fitnes, akvapark ve üzmə hovuzlarından istifadə daxildir. 

Ünvan: Şəki. ş. Salman Mümtaz küçəsi. 1. 
 
Telefon: 050 575 25 25
 
Baxılıb: 7484