Azərbaycan / Qax
30 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət İlisu kəndinin Qaradolaq məhəlləsində Füzuli bağının yanında (zastavanın yaxınlığında) yerləşir. Həyətdə qonaqları qəbul etmək üçün 2 ev var. Evlərdən biri 1 mərtəbəli və bir otaqlıdır. Digər ev daha genişdir - 2 mərtəbəli və 4 otaqlı. Turistlər həm bir otaqlı evdə, həm də 2 mərtəbəli evin 3 otağında qala bilərlər. Digər otaqda ev sahibləri yaşayır.


Qonaqlar üçün nəzərdə tutulan otaqlar genişdir. Otaqlardan 3-ü 24m2, 1-i 20m2-dir. Burada 4-5-6 nəfər yaşaya bilər. Ümumilikdə bu həyət eyni vaxtda 20-dək qonağı qəbul edə bilər.


Şərait:


Evdə daimi isti su yoxdur. Əvəzində həyətdə 3-4 bulaq var. Həyətdə odunla qızdırıla bilən hamam yerləşir (kafellidir). Evdə turistlər üçün 2 soyuducu, 2 televizor, telefon var. Həyətdə 2 ayaqyolu da var (döşəməsi betondur).


Qiymətlər (adambaşına):


Bu evdə qonaqların sayından asılı olmayaraq 1 otağın bir günlük kirayəsi 30 manata başa gəlir (yemək xərci olmadan). Azı 10 gün qalanda gündəlik xərc 25 manata enir. Qonaqlar yeməyi özləri hazırlaya və ya bunun üçün ərzağı alaraq yemək hazırlamaq üçün ev sahiblərinə verə bilərlər. Yeməyin hazırlanması üçün haqq 10 manata başa gəlir. Evdə yeməyin qonaqların özlərinin hazırlaması üçün şərait (mətbəx) var.


Əlaqə:


070 510 10 02

050 576 35 10

Baxılıb: 1181