Azərbaycan / Qax
20 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət Qaxın İlisu kəndinin Qaradolaq məhəlləsində (kanalın yanında) yerləşir. Evdən “Uludağ” istirahət mərkəzinə 1 km, “Səngər Qala” restoranına isə 2 km məsafə var. “Hamam çayı” isə evin yanından axır. Həyətdə qonaqları qəbul etmək üçün 2 ev var. Evlərdən biri 1 mərtəbəli və 2 otaqlıdır. Digər ev daha genişdir - 2 mərtəbəli və 4 otaqlı.

 

Böyük ev

 

2 mərtəbəli evdəki otaqlar 2-ci mərtəbədə yerləşir. Otaqları ümumi dəhliz birləşdirir. Otaqların birində 3, digərlərinin hər birində isə 2 dəmir və taxta çarpayı var. Dəhlizdə stol, stullar və 2 kreslo var. Mətbəx birinci mərtəbədə yerləşir. Yemək bişirmək üçün qaz balonundan istifadə olunur. Mətbəxdə yemək hazırlamaq üçün lazımı qab-qacaqlar və soyuducu var. Qonaqlar üçün nəzərdə tutulan otaqlar genişdir. Hər otaqda, 4-5 nəfər olmaqla, ümumilikdə evdə eyni vaxtda 20-dək qonaq qəbul edilə bilər. Otaqlardan yalnız biri qışda qonaq qəbul etmək üçün nəzərdə tutulub. Otaq odun sobası ilə qızdırılır.

 

Kiçik ev

 

Həyətdəki digər ev iç-içə iki otaqdan ibarətdir. Birinci otaqda stol, stul, divan, televizor, yataq otağında isə 2 çarpayı və asılqan var. Bu ev yalnız yayda kirayə verilir. Mətbəx qonaqların qəbuluna kimi hazır olacaq. Hər otaqda 5-6 nəfər qala bilər.

 

Şərait:

 

Evdə daimi su və elektrik var. Həyətdən bulaq axır. Həyətdə həm odunla, həm də elektriklə qızdırıla bilən hamam (kafellidir) və onun yanında ayaqyolu (kafellidir) var. İstəyənlər ev sahibinin hazırladığı simovar çayından içə bilərlər.

 

Qiymətlər (adambaşına):

Bu evdə qonaqların sayından asılı olmayaraq 1 otağın bir günlük kirayəsi 20 manata başa gəlir. Kiçik evdəki bir otağın kirayə haqqı 30 manat təşkil edir. Adambaşına təqribən 5 manata başa gəlir. Ümumi olaraq böyük ev 60, kiçik ev isə 50 manata kirayə verilir. Evdə yeməyin qonaqların özlərinin hazırlaması üçün şərait (mətbəx) var.

 

Əlaqə: İbrahim Mirzəzadə və (Gülüm xala)

051 518 49 70

024 259 32 39

Baxılıb: 1166