Azərbaycan / Qax
30 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi İlisu kəndinin Qara Doğal məhəlləsində yerləşir. Ev "Füzuli" bağına və "Uludağ" istirahət mərkəzinə yaxındır. Qonaqları qəbul etmək üçün 3 otaq var. Otaqlar evin 2-ci mərtəbəsində yerləşir. Birinci mərtəbədə ev sahibləri yaşayır.

Qonaqlar üçün nəzərdə tutulan otaqlar genişdir. Ümumilikdə, bu evlərdə eyni vaxtda 15-dək qonaq qala bilər. Hər otaqda 3 taxta çarpayı və 2 divan,1 stol, 4 stul, şifoner var. Dəhlizdə 1 televizor var. Döşəməyə xalça sərilib. Pəncərələr dağ mənzərəsinə, "Ağçay" və "Ramzanay" şəlaləsinə açılır.
Ev mayın 1-dən sentyabrın sonuna kimi kirayə verilir.

Şərait:

Evin daimi suyu var. Həyətdə həm elekrtik, həm də odun sobası ilə qızdırıla bilən hamam yerləşir (kafellidir). Qışda ev odun sobası ilə qızdırılır. Mətbəxt birinci mərtəbədə, kənd tipli ayaqyolu isə həyətdə yerləşir. İkinci mərtəbədə yalnız otaqlar yerləşir.

Qiymətlər (adambaşına):

Bu otaqlarda bir nəfərin qalması 5 manatdır. Lakin bir nəfərin bir otağı sifariş etməsi 30 manatdır. 15 gün və daha çox qalan şəxslərə kirayə haqqı bir gün üçün 4 manatdan hesablanır. Səhər yeməyi ilə qiymət 10 manat təşkil edir. Səhər yeməyinə yağ, bal, pendir, yumurta və təndir çörəyi daxildir. Səhər yeməyini qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Əlimov Əhməd
055 482 35 08
055 695 70 84

Baxılıb: 1623