Azərbaycan / Qax
20 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət İlisu kəndinin Qara Dolağ məhəlləsində yerləşir. Ev "Füzuli" bağına yaxındır. "Uludağ" istirahət mərkəzinə məsafə 300 metrdir. Qonaqları qəbul etmək üçün 4 otaq var. Birinci mərtəbədə 2, ikinci mərtəbədə iki otaq nəzərdə tutulub. Qonaqlar üçün nəzərdə tutulan otaqlar genişdir. Otaqların hər biri 24 kv.m-dir.

Hər otaqda 4 taxta çarpayı və divan, stol, stullar və şifoner var. Birinci mərtəbədəki hər otaqda 1 televizor var. Döşəməyə xalça sərilib. Qışda yalnız 1-ci mərtəbədəki 2 otaq kirayə verilir. Ümumilikdə, bu evlərdə eyni vaxtda 15-dək qonaq qala bilər. Ev yalnız ailələrə verilir. Bir otaqda 6 nəfərdən ibarət ailə qala bilər. Səs salan, dəcəl uşaqlı ailələr qəbul olunmur.

Şərait:

Evdə daimi su və elektrik var. Həyətdə odun sobası ilə qızdırıla bilən hamam yerləşir (kafellidir). Qışda ev odun sobası ilə qızdırılır. Mətbəxt həyətdə yerləşir. Həyətdə 2 ayaqyolu var.

Qiymətlər (adambaşına):

Bir otağın sifariş edilməsi 20-25 manatdır.Səhər yeməyi verilmir. Səhər yeməyini qonaqlar özləri də hazırlaya bilərlər.
Əlaqə:
Rəhimov Cəbrayıl
070 909 18 74
050 525 46 67

Baxılıb: 1375