Azərbaycan / Qax
20 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli həyət evi İlisunun Qaradolaq məhəlləsində Füzuli bağının yanında yerləşir. "Uludağ" istirahət mərkəzi ilə ev arasında 200 metr məsafə var. 1 km məsafədə isə şəlalə axır. Qonaqlar evin 2-ci mərtəbəsindəki 2 geniş otaqda yaşaya bilərlər. Hər otaqda 4 nəfər olmaqla ümumilikdə 8 nəfər qala bilər. Ev sahibləri 1-ci mərtəbədə yaşayır. Otaqların qarşısında aynəbənd mətbəx var.

Otaqların birində taxt, divan, şifoner, digərində qoşa çarpayı və şifoner var. Ehtiyac olarsa, əlavə yığılıb-açılan çarpayılar da yerləşdirilir.Qarşıda mətbəx kimi istifadə olunan aynəbənddə isə televizor, divan, kreslo, qab-qacaq üçün şkaf, paltaryuyan maşın və yemək hazırlamaq üçün balon qaz plitəsi var. Soyuducu birinci mərtəbədə yerləşir. Ümumi istifadə üçün nəzərdə tutulub.

Şərait:
Mətbəxdə daimi su var (soyuq). Elektriklə qızdırılan hamam (kafelsiz) və beton döşəməli ayaqyolu həyətdə yerləşir. Bundan əlavə həyətdən bulaq axır.

Qiymətlər (adambaşına):

Ev yalnız ailəvi qonaqlara və qadın qruplarına kirayə verilir. Bir otağın kirayə haqqı bir gün üçün 20 manat təşkil edir. Bir nəfərin bir otaqda tək qalması da 20 manatdır. Evdə uzun müddət qalan ailələrə kirayə haqqında danışıqdan aslı olaraq endirim edilir. Səhər yeməyini qonaqlar özləri hazırlaya bilərlər. Ərzaq məhsullarını isə həyətin kənarında yerləşən mağazadan ala bilərlər.

Əlaqə: Elsevər Baharov
070 578 86 84

Baxılıb: 8362