Azərbaycan / Qax
20 azn
ƏLAVƏ MƏLUMAT

Bu ev Qaradolaq məhəlləsində "Füzuli bağı"nın yanında yerləşir. "Uludağ" istirahət mərkəzinin 150 m-dədir. Ev 1883-cü ildə tikilib və tarixi mədəniyyət abidəsi hesab olunur. 2 mərtəbəli evin hər mərtəbsində 1 otaq kirayə verilir. Otaqların hər biri 20-25 kv.m-dir. Hər otaqda 4-5 nəfər olmaqla evdə 8-10 nəfər qonaq qala bilər.

1-ci mərtəbə
Otaqda 2 taxta çarpayı, divan və televizor var. Otağın qarşısındakı aynəbənd mətbəxdə qab şkafı, balon qaz plitəsi, soyuducu, paltaryuyan maşın, stol və stullar var.

2-ci mərtəbə
Bu otaqda taxt, 3 taxta çarpayı, şifoner və televizor var. Otağın qarşısındakı eyvan mətbəx kimi istifadə olunur. Burada da ayrıca qab şkafı və balon qaz plitəsi var. Soyuducu yoxdur. Burda qalan qonaqlar birinci mərtəbədə ev sahibinin istifadəsində olan soyuducudan istifadə edə bilərlər.

Şərait:

Evin hər iki mətbəxində daima su var. (Lazım olsa isti su ilə təmin edilir.) Otaqlarda peyk kanalları, internet və telefon var. Həyətdə yerləşən 2 duş və vannalı hamam (kafelsizdir) elektriklə qızdırılır. Hamamın içindəki əl-üz yuyanda daim isti-soyuq su var. Ayayolu həyətdədir - kənd tiplidir.

Qiymətlər (adambaşına):

Ev yalnız ailələrə kirayə verilir. May, iyun aylarında bir otağın qiyməti 20 manat, iyul avqust aylarında isə 30 manat təşkil edir. İyul və avqust ayında bir ay qalmaq istəyən qonaqlara günlük kirayə haqqı 20 manatdan hesablanır. Səhər yeməyini qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Azər Qocayev

051 808 52 74
024 259 32 04

Baxılıb: 2414