Azərbaycan / Qax
20 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli həyət evi İlisu kəndində N.Gəncəvi adına orta mətkəbin yanında yerləşir."Uludağ" istirahət mərkəzinə qədər məsafə 1 km-dir. Qonaqlar üçün evin 2-ci mərtəbəsində 1 otaq kirayə verilir. Otaqda 4-5 nəfər qala bilər.

Otaqda 2 nəfərlik taxt, taxta çarpayı, şifoner var. Lazım olsa, əlavə 2 açılıb-yığılan çarpayı da yerləşdirilir. Otağın qarşısında aynəbənddə televizor, divan, stol və stullar var.1-ci mərtəbədə yerləşən mətbəxdə qab- qacaq şkafı, soyuducu və balon qaz plitəsi var. Hamam (kafellidir) da evin 1-ci mərtəbəsindədir. Paltaryuyan maşın hamamda yerləşir.

Şərait:

Həyətdə daimi su var. Qabları yumaq üçün həyətdə su kranı var.Hamam odunla qızdırılır. Həyətdə yerləşən ayaqyolu beton döşəməlidir.

Qiymətlər (adambaşına):

Ev maydan sentyabr ayına kimi ailələrə kirayə verilir.Otağın günlük qiyməti 20 manatdır. İstəkdən aslı olaraq səhər yeməyi də verilə bilər. İlisuya aid dağ pendiri, yağ, bal, yumurta və təndir çörəyindən ibarət səhər yeməyi 5-6 manat təşkil edir. Səhər yeməyini qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Südabə Məmmədova
(+994 024) 259 32 80

Baxılıb: 781