Azərbaycan / Qax
20 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli ev Qum kəndinin yuxarı hissəsində, "Axular" məhəlləsində yerləşir. Evin yanından "Qum çayı" axır. Evin 1-ci mərtəbəsində 2 otaq (hər ikisi 30 kv.m) kirayə verilir. Evdə 6-8 nəfər qala bilər.
Otaqlarda 3 taxta və dəmir çarpayı, şifoner, stol və stullar var. Mətbəx otaqların yanında yerləşir. Mətbəxdə mebel, lazımı avadanlıqlar, balon qaz plitəsi, soyuducu və paltaryuyan maşın var.

Şərait:

Evdə daimi isti-soyuq su,telefon, internet var. Hamam (kafellidir) da evdə yerləşir, elektriklə qızdırılır. Ayaqyolu (beton döşəməli) həyətdə yerləşir. Həyətdə bulaq da var.

Qiymətlər (adambaşına):

Ev yalnız ailələrə kirayə verilir. Bu evdə qonaqların sayından asılı olmayaraq 1 otağın bir günlük kirayəsi 20 manata başa gəlir. Bir ay və daha çox qalan ailələrə qiymətdə endirim edilir. Səhər yeməyini qonaqlar özləri hazırlaya bilər.

Əlaqə: Məzahir Ramazanov

077 300 52 42

Baxılıb: 2411