Azərbaycan / Qax
25 azn
ƏLAVƏ MƏLUMAT

 

Bir mərtəbəli ev Qum kəndində məktəbinin yaxınlığında, "Qala" tarixi abidəsinin 150 metrliyində yerləşir. Evin 2 otağı (12 kv.m və 20kv.m) kirayə verilir. Otaqlarda 10 nəfər qala bilər. Ev həm qış, həm də yayda kirayə verilir.


Otaqlarda 4 çarpayı, şifoner, stol, stullar var. Otaqların qarşısında aynəbənd mətbəx yerləşir. Mətbəxdə qab şkafı, elektrik və balon qaz plitəsi, soyucudu, stol və stullar var. Mətbəxdə soyuq su var . Hamam da (kafellidir) evdə yerləşir.


Şərait:
Ev odun sobası ilə qızdırılır. Evdə telefon və internet var. Hamam odunla qızdırılır. Həyətdə ayaqyolu da var (döşəməsi betondur).


Qiymətlər:
Bu evin bir günlük kirayəsi 25 manata başa gəlir. Bir ay və daha çox qalanlara hər gün üçün 5 manat endirim edilir. Qonaqlar yeməyi özləri hazırlaya bilərlər.


Əlaqə: Cibir Ramazanov

050 504 38 49

Baxılıb: 1815