Azərbaycan / İsmayıllı
60 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət İsmayıllı rayonunun Cülyan kəndində Külüs dağının ətəyində, "Cənnət bulağı" və "Şəlalə" istirahət mərkəzlərinə 1 km-lik məsafədə yerləşir. 2 otaqlı taxta evdə 4-5 nəfər qonaq yerləşə bilər.

Otaqlarda 4 çarpayı,əşya yığmaq üçün şkaf və televizor var (lazım olarsa, 1 əlavə çarpayı verilə bilər). Mətbəx, hamam və ayaqyolu evin içində yerləşir. Mətbəxdə qab şkafı, soyuducu, stol və stullar var.


Şərait:
Evdə daimi isti-soyuq su və elektrik var. Elektriklə qızıdırılan hamam və ayaqyolu kafellidir. Ev meyvə bağının içində yerləşir. Həyətdə çardaq, samovar və manqal da var. 30 metr aralıda Cülyan gölündə balıq tutmaq da mümkündür. 150 metr məsafədə şəlalə axır.


Qiymətlər:
Evin sifariş edilməsi 1 gün üçün 60 manatdır. 10 gündən artıq qalanlara bir gün üçün 10 manat endirim edilir. Ev maydan sentyabr ayının sonuna kimi kirayə verilir. Səhər yeməyini qonaqlar özləri də hazırlaya bilərlər.


Əlaqə: Asim Nəzərli
070 522 18 08

050 285 02 33

Baxılıb: 1623