Azərbaycan / İsmayıllı
40 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət İsmayıllı rayonunun Cülyan kəndində Külüs dağının ətəyində, "Cənnət bulağı" və "Şəlalə" istirahət mərkəzlərinə 1 km-lik məsafədə yerləşir. 3 otaqlı evdə 5-6 nəfər qonaq yerləşə bilər.

2 yataq, 1 qonaq otağı və mətbəxdən ibarət evdə 3 çarpayı, stol, stul, divan, rəqəmsal televizor, WI-FI internet, soyuducu və paltaryuyan maşın var. Mətbəx, hamam və ayaqyolu evin içində yerləşir. Mətbəxdə qab şkafı, soyuducu, stol və stullar var.



Şərait:
Evdə qaz, su və elektrik daimidir. Elektriklə qızıdırılan hamam və ayaqyolu kafellidir. Ev meyvə bağının içində yerləşir. Həyətdə çardaq, samovar və manqal da var. 400 metr aralıda Cülyan gölündə balıq tutmaq da mümkündür. 100 metr məsafədə çay axır.



Qiymətlər:
Evin yayda sifariş edilməsi 50 manat, qışda sifarişi 40 manatdır. 10 gündən artıq qalanlara bir gün üçün 10 manat endirim edilir. Səhər yeməyini qonaqlar özləri də hazırlaya bilərlər.



Əlaqə: Asim Nəzərli
(070) 522 18 08
(050) 285 02 33

Baxılıb: 694