Azərbaycan / İsmayıllı
40 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət evi İsmayıllı rayonunun Cülyan kəndində Külüs dağının ətəyində, "Cənnət bulağı" və "Şəlalə" istirahət mərkəzlərinə 1 km-lik məsafədə yerləşir. Əla təmirli 4 otaqlı evdə 7-8 nəfər qonaq yerləşə bilər.


Otaqlarda 6 çarpayı,stol, stul, divan, digital televizor, WIFI internet, soyuducu və paltaryuyan maşın var. Mətbəx, hamam və ayaqyolu evin içində yerləşir. Mətbəxdə qab şkafı, soyuducu,qaz plitəsi, stol və stullar var.


Şərait:
Evdə qaz, su və elektrik daimidir. Elektriklə qızıdırılan hamam və ayaqyolu kafellidir. Ev meyvə bağının içində yerləşir. Həyətdə çardaq, samovar və manqal da var. 100 metr məsafədə meşə var, 700 metr aralıda şəlalə axır.


Qiymətlər :

Evin yayda sifariş edilməsi 60 manat, qışda sifarişi 40-50 manatdır. Bir ay qalanlara 50% endirim edilir (20-25 manat) Səhər yeməyini qonaqlar özləri də hazırlaya bilərlər.


Əlaqə: Asim Nəzərli
(070) 522 18 08
(050) 285 02 33

Baxılıb: 1219