Azərbaycan / Quba
20 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli əla şəraitli bağ evi Quba rayonu, Alekseyevka kəndində (Qubadan 4 km məsafədə, Rixost hotelinə 2-3 km məsaəfədə ) yerləşir. Ev lisenziyalı qonaq evi kimi fəaliyyət göstərir. Yuxarı mərtəbədə 2 otaq və aşağı mərtəbədəki 1 otaqda ümumi 12-13 qonaq yerləşə bilər.

Otaqlarda 2 nəfərlik, taxt, taxta çarpayı, şifoner, tyürmo, şkaf, stol, stul, divan, kreslo, paltaryuyan maşın, tozsoran televizor və telefon var. Evin 2 mətbəxi var.Mətbəx, hamam və ayaqyolu evin içində yerləşir. Mətbəxdə mebel,qab şkafı, stol, stul,qaz plitəsi və soyuducu var.

Şərait:
Evdə daimi isti-soyuq su, qaz, su və elektrik daimidir. Ev qaz sobası ilə qızdırılır. Hamam və ayaqyolu kafellidir. Ev meyvə bağının içində yerləşir.Yaxınlıqda Çənlibel gölü yerləşir. Həyətdə samovar və kabab bişirmək üçün manqal da var.

Qiymətlər : (adambaşına)

Evin 2-ci mərtəbəsində lyuks otaqlarda bir nəfərin bir günlük qəbulu 30 manat, aşağı mərtəbədə isə yerləşməsi 20 manat təşkil edir. Lazım olarsa, 15 manata əlavə yığılıb-açılan çarpayı da verilir. Bu qiymətə gələn qonaqlara samovar çayı verilməsi və Quba, Qusar, Xaçmaz rayonlarında gəzməli yerlərə bələdçilik xidməti də daxildir. 1 həftə qalanlara ümumi ödənişdən 20-30 manat arasında endirim edilir. Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir. Səhər yeməyi verilmir.Səhər yeməyini qonaqlar özləri hazırlaya bilərlər.

İstəyən qruplar üçün 1 günlük piknik də təşkil edilir. Bura gün ərzində 3 dəfə yemək, çay süfrəsi, Çənlibel gölünə gəzinti, evdə istirahət, video çəkiliş daxildir. Ərzaq məhsullarını qonaqlar gətirdiyi halda bir nəfər üçün piknikdə iştirak etmək 8-10 manat, əks halda 15-20 manata başa gəlir.(yol pulu qiymətə daxil deyil)


Qonaq evi ilə bağlı videonu buradan izləyə bilərsiniz.

Əlaqə: Səməd Çərkəzov

(050) 503 54 66
(012) 566 44 91

Baxılıb: 4807