Azərbaycan / Quba
80 azn
ƏLAVƏ MƏLUMAT

Bir həyətdə yerləşən 3 kotec tipli ev Quba rayonu, Qəçrəş kəndində (Qubadan 5 km məsafədə, "Baba dayı" restoranı 600 metr məsafədə ) yerləşir. Hər ev 2 otaqdan, ( hər biri 16 kv.m-lik) hamam və ayaqyoludan ibarətdir. Hər otaqda 4 nəfər olmaqla bir evdə 8 qonaq yerləşə bilər.

Hər evdə 8 çarpayı, stol və stul,şifoner, televizor, telefon, divan və kreslo var. Qonaqlar ev sahibinin mətbəxində istifadə edə bilərlər. Mətbəxdə mebel, qaz plitəsi, stol, stul və soyuducu var. Hamam və ayaqyolu evin içindədir.

Şərait:
Evdə daimi isti-soyuq su, elektrik və qaz var. Ev qaz sobası və "kombi" ilə və hamam (kafellidir) isə elektriklə qızdırılır.

Qiymətlər : 

Hər bir kotecin sifarişi qışda 80 manat, yayda 120 manatdır. Bir həftə qalanlara hər gün üçün 10 manat endirim edilir. Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir. İstəkdən aslı olaraq səhər yeməyi verilir. Səhər yeməyinin adambaşı qiyməti 3 manat təşkil edir. Səhər yeməyinə yumurta, pendir, yağ, bal, təndir çörəyi və çay daxildir.

Əlaqə: İsmət Ərəbov
(050)- 501-75-80
(051-) 906-40-90

Baxılıb: 1592