Azərbaycan / Quba
20 azn
ƏLAVƏ MƏLUMAT

 

1 mərtəbəli həyət evi Quba rayonu, Xınalıq kəndində (Qubadan 58 km məsafədə, "Bazardüzü"nə 25 km, "Xəlləmə" şəlaləsinə 6 km metr məsafədə ) yerləşir. Qonaqları qəbul etmək üçün 20 kv.m-lik 2 otaq nəzərdə tutulub. Evdə 10 nəfər qonaq yerləşə bilər.

Hər otaqda 2 taxta çarpayı, (digər çarpayılar Xınalığın özünəməxsus ənənəsi ilə yerdən salınır.), stol və stul,divar, kreslo, telefon və interner var. Mətbəxdə qab şkafı, stol, stul və soyuducu, balon qaz plitəsi var. Hamam evdə, ayaqyolu isə həyətdə yerləşir.

Şərait:
Evdə isti-soyuq su və elektrik daimidir. Ev elektrik plitəsi və təzək sobası ilə qızdırılır. Hamam (kafellidir) isə həm elektrik, həm də odunla qızdırılır. Həyətdə yerləşən ayaqyolu beton döşəməlidir.

Qiymətlər : 
Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir .Bir otağın 1 günlük kirayəsi 30 manatdır. İstəkdən aslı olaraq gündə 3 dəfə yeməklə adambaşı qiymət xarici turistlərə 25 manat, yerli turistlərə isə 20 manat başa gəlir.Səhər yeməyinə yumurta, yağ, pendir və təndir çörəyi daxildir. Günorta bozbaş, aş və ya kartof qızartması verilə bilər. Axşam yeməyi isə xəngəl, kartof-yumurta və ya pomidor-yumurta cığırtması ola bilər.

Bir həftə qalanlara endirimlər:

Bir nəfərlik yemək daxil (xarici turistlərə): 20 manat
Bir nəfərlik yemək daxil (yerli turistlərə) :16 manat
Otağın bir günlük kirayəsi: 26 manat

Əlaqə: Rəhman Sərkərov
(070) 948-66-47

 

Baxılıb: 1194