Azərbaycan / Qəbələ
40 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət Qəbələ şəhəri, H.Aslanov küçəsində ( "Lunapark"istirahət mərkəzinə 1 km məsafədə) yerləşir. 2 mərtəbəli 6 yataq otağı (hər biri 10 kv.m), zal, mətbəx, hamam və ayaqyoludan ibarət evdə hər otaqda 5-6 nəfər olmaq 25-30 qonaq yerləşə bilər. Həyətdə ayrıca yerləşən 75 kv.m-lik 1 otaqlı evdə isə 15 qonaq qala bilər.

Böyük ev
Otaqlarda taxt, taxta və yığılıb-açılan çarpayılar, şifoner, tyürmo, hər iki mərtəbədə divan, kreslo, 3 televizor, telefon və internet var. Mətbəx, hamam və ayaqyolu evin 1-ci mərtəbəsində yerləşir. Mətbəxdə mebel, soyuducu, qaz plitəsi, paltaryuyan maşın, stol və stullar var. Hamam və ayaqyolu kafellidir.

Kiçik ev
Evdə 2 açılıb-yığılan çarpayı , taxt ,divan, asılqan, stol, stul və televizor var. Hamam (kafellidir) və ayaqyolu həyətdə yerləşir.

Şərait:
Evdə daimi isti-soyuq su, qaz, su və elektrik daimidir. Ev qaz sobası və "kombi" ilə qızdırılır. Qazla qızdırılan hamam və ayaqyolu kafellidir. Həyətdə 20 tonluq su çəni var.

Qiymətlər :
Böyük evin bir günlük sifariş edilməsi 100 manatdır. Bir otağın sifariş edilməsi isə 50 manata başa gəlir. Kiçik evin kirayə haqqı isə 30-40 manatdır. 10 nəfərlik qrup üçün adambaşı qiymət 5 manat, 1-2 nəfər üçün isə 10 manat təşkil edir. Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir.Səhər yeməyini qonaqlar özləri hazırlaya bilərlər.


Əlaqə: Zemfira Haqverdiyeva
055 738 57 67

Baxılıb: 1153