75 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət Şamaxı rayonu Çuxuryurd kəndində ( "Məlhəm" istirahət mərkəzinə 500 metr məsafədə ) yerləşir. Bu həyət evi "Qonaq evi" tiplidir. Ev 4 hissədən ibarətdir, hər hissənin ayrıca çıxışı var. Hər hissə 3 otaq mətbəx, hamam və ayaqyoludan ibarətdir. Yataq otaqları 2-c mərtəbədə, qonaq otağı, mətbəx, hamam və ayaqyolu isə 1-ci mərtəbədə yerləşir. Hər kotecdə 4-5 nəfərlik ailə yerləşə bilər.

Otaqlarda 2 nəfərlik taxt, 2 çarpayı, şifoner,şkaf ,divan, kreslo, televizor və telefon var. Mətbəxdə mebel, soyuducu, qaz plitəsi, paltaryuyan maşın, stol və stullar var. 2-ci mərtəbədə otaqların qarşısında eyvan var.

Şərait:
Evdə daimi isti-soyuq su, qaz, su və elektrik daimidir. Ev və hamam "kombi" ilə qızdırılır. Hamam və ayaqyolu kafellidir. Həyətdə samavor və kabab bişirmək üçün manqal da var. Həyətdə açıq çardaq, fontan və göl var. Qonaqlar əlavə ödənişlə şəxsi təsərrüfatdan təbii tərəvəzlər, süd məhsulları, bal, yumurta, göldə saxlanan sazan və belamur balıqlarını da ala bilərlər.

Qiymətlər :

Ev fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. Səhər yeməyini qonaqlar özləri hazırlaya bilərlər.

1 Kotecin qiyməti:

1 günlük: 75 manat/gün
2 günlük: 60 manat/gün
3 günlük: 50 manat/gün(səhər yeməyi də daxildir)

Bir ay qalanlara 100-150 manat arasında endirim edilir.

Əlaqə: Bəxtiyar Əliyev

050 359 98 54

 

Baxılıb: 1980