Azərbaycan / Qəbələ
100 azn
ƏLAVƏ MƏLUMAT


2 mərtəbəli əla təmirli həyət evi Qəbələ şəhəri, H.Aslanov küçəsində ( "Lunapark" istirahət mərkəzi və "Qafqaz" hotelə 1 km məsafədə ) yerləşir. Evin 1-ci mərtəbəsində 2 otaq (hər ikisi 16-18 kv.m-lik) mətbəx, hamam və ayaqyoludan ibarət hissəsi qonaqlar üçün nəzərdə tutulub. Evdə 6-8 nəfərlik ailə yerləşə bilər.

Otaqlarda 2 nəfərlik taxt, çarpayı və yataq mebelləri var. Qarşıdakı aynəbənddə divan, kreslo,televizor və telefon var. Mətbəx, hamam və ayaqyolu evdə yerləşir. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq,paltaryuyan maşın, stol və stullar var.

Şərait:
Evdə daimi isti-soyuq su, qaz, su və elektrik daimidir. Ev qaz radiatoru ilə isidilir. "Ariston"la qızdırılan hamam və ayaqyolu kafellidir (şəhər tipli).Həyətdə hovuz, çardaq, samovar və kabab bişirmək üçün manqal da var.

Qiymətlər :
Ev fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. Bir otağın bir günlük sifariş edilməsi 100 manat təşkil edir. 1 ay qalanlara hər gün üçün 10 manat endirim edilir. Səhər yeməyini qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Nahidə Əfəndiyeva
050 371 37 33

Baxılıb: 880