Azərbaycan / Qax
20 azn
ƏLAVƏ MƏLUMAT

Bir mərtəbəli ev Qax rayonunun Çinarlı kəndində ("Ballı bulaq" istirahət mərkəzinə 1km məsafədə) yerləşir. Evin 2 otağı ( 25 kv.m və 24 kv.m) kirayə verilir. Digər otaqlarda ev sahibi yaşayır. Otaqlarda 6-7 qonaq yerləşə bilər.

Otaqlarda 6 çarpayı, 1 taxt, şifoner, stol və stullar var. Otaqların qarşısındakı aynəbənddə televizor, telefon və internet var. Mətbəxdə qab şkafı, elektrik plitəsi, soyuducu var. Hamam (kafellidir) evdə yerləşir.

Şərait:
Evdə daim isti-soyuq su var. Ev odunla və hamam həm odun, həm elektriklə qızdırılır. Həyətdə ayaqyolu da var. (kənd tiplidir)

Qiymətlər:
Ev həm yay, həm də qışda kirayə verilir. Bu evdə qonaqların sayından asılı olmayaraq 1 otağın bir günlük kirayəsi 20 manata başa gəlir (yemək xərci olmadan). 1 həftə qalanlara hər gün üçün 5 manat endirim edilir. Əlavə ödənişlə səhər yeməyi verilə bilər. Səhər yeməyini qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Musa İmamov
050 713 62 98

Baxılıb: 1472