Azərbaycan / Qax
40 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli ev Qax rayonunun Çinarlı kəndində məscidə yaxın ("Ballı bulaq" istirahət mərkəzinə 1km məsafədə) yerləşir. Ev 3 otaq, mətbəx, hamam və ayaqyoludan ibarətdir. Evdə 10-12 qonaq yerləşə bilər.

Otaqlarda çarpayı, şkaf və asılqan var. Otaqların qarşısındakı aynəbənd stol, stullar , divan kreslo, televizor və telefon var. Mətbəxdə mebel, elektrik plitəsi və balon qaz plitəsi, soyuducu var. Hamam və ayaqyolu (hər ikisi kafellidir) evdə yerləşir.

Şərait:
Evdə daim isti-soyuq su var. Ev və hamam elektriklə qızdırılır. Həyətdə də ayaqyolu (kənd tiplidir) var. Həyətdə çardaq, yelləncək,samovar və kabab bişirmək üçün manqal da var.

Qiymətlər:
Ev mart ayından oktyabra kimi kirayə verilir. Bu evin bir günlük kirayəsi 40 manata başa gəlir (yemək xərci olmadan). 1 həftə qalanlara hər gün üçün 5 manat, 1 ay qalanlara hər günə 12 manat endirim edilir. Səhər yeməyini qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Mürsəl Muradov
024 255 39 89
050 575 16 68

Baxılıb: 1561