Azərbaycan / Qax
20 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli ev Qax rayonunun Qaşqaçay kəndində kənd bələdiyyəsin yanında (istirahət mərkəzinə 1km məsafədə) yerləşir. Evin 2-ci mərtəbəsində 2 yataq otağı ( hər ikisi 30 kv.m) və aynəbənd, 1-ci mərtəbəsində 1 otaq kirayə verilir. Evdə 10-12 qonaq yerləşə bilər.

Otaqlarda taxt, çarpayı, şifoner var. Otaqların qarşısındakı aynəbənddə stol, stullar, televizor və telefon var. 1-ci mərtəbədə yerləşən mətbəxdə mebel, paltaryuyan maşın, elektrik plitəsi və soyuducu var. Hamam və ayaqyolu (hər ikisi kafelsizdir) həyətdə yerləşir.

Şərait:
Evdə daim soyuq su var. Ev elektriklə və hamam isə həm odun , həm də elektriklə qızdırılır. Həyətdə samovar və kabab bişirmək üçün manqal var.

Qiymətlər:
Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir. Bir otağın bir günlük kirayəsi 20 manata başa gəlir (yemək xərci olmadan). Lazımı ərzaqlar verildiyi halda ev sahibəsi gündə 3 dəfə pulsuz yemək hazırlaya və təndir çörəyi bişirə bilər. Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Tahirə Kərimova
051 772 70 26
055 953 92 92

Baxılıb: 3844