Azərbaycan / Qax
30 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli ev Qax rayonu Qaşqaçay kəndində "Buzbulaq" restoranın yanında yerləşir. Evin 2-ci mərtəbəsində 1 otaq(28 kv.m-lik) kirayə verilir. Otağın qarşısında aynəbənd var. Evdə 4-5 qonaq yerləşə bilər.

Otaqlarda 4 taxta çarpayı və şifoner, aynəbənddə isə stol, stullar və telefon var. 1-ci mərtəbədə yerləşən mətbəxdə qab şkafı, balon qaz plitəsi və soyuducu var. Hamam (kafellidir) evdə, ayaqyolu isə (beton döşəməlidir) həyətdə yerləşir.

Şərait:
Evdə daim soyuq su var. Hamam odunla qızdırılır.

Qiymətlər:

Ev maydan sentyabr ayına kimi kirayə verilir. Otağın bir günlük kirayəsi 30 manata başa gəlir. Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Nargilə Babayeva
024 259 86 11

Baxılıb: 2902