Azərbaycan / Qax
25 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli ev Qax rayonu Ləkit kəndində ( "Yaşıl Şəlalə" istirahət mərkəzinə 500 m məsafədə) yerləşir. Evin 2-ci mərtəbəsində 4 otaq (12, 24, 20, 24 kv.m-lik) və aynəbənd qonaqlar üçün nəzərdə tutulub. Hər otaqda 4-5 nəfər olmaqla evdə 15 qonaq yerləşə bilər.

Hər otaqda 1 taxt, 1 çarpayı və şifoner var. Otaqların qarşısındakı aynəbənddə stol, stullar, divan kreslo, televizor, telefon və internet var. 2-ci mərtəbədə yerləşən mətbəxdə qab şkafı, balon qaz plitəsi və soyuducu var. Hamam və ayaqyolu (hər ikisi kafellidir) həyətdə yerləşir.

Şərait:
Evdə daim soyuq su var. Ev odun sobası, hamam isə həm odun , həm də "Aristonla" qızdırılır. Həyətdə samovar və kabab bişirmək üçün manqal var.

Qiymətlər:

Ev fəsildən aslı olmayaraq həmişə kirayə verilir. Bir otağın bir günlük kirayəsi 25-30 manata başa gəlir (yemək xərci olmadan). Bir ay qalanlara otağın günlük kirayə haqqı 20 manatdan hesablanır. İstəyənlərə səhər yeməyi də verilə bilər. Səhər yeməyinə süd, bal, qatıq, yumutra və təndir çörəyi daxildir. Səhər yeməyinin adambaşı qiyməti 3 manatdır. Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Təhminə Ağayeva
051 904 43 03

Baxılıb: 1402