Azərbaycan / Qax
20 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli ev Qax rayonu Ləkit kəndində ( Yaşıl şəlaləyə 1 500 m məsafədə) yerləşir. Evin 2-ci mərtəbəsində 1 otaq və aşağı mərtəbədə 1 otaq və aynəbənd qonaqlar üçün nəzərdə tutulub. Hər otaqda 4-5 nəfər olmaqla evdə 10 qonaq yerləşə bilər.

Otaqlarda çarpayı, şifoner və şkaf var. Otaqların qarşısındakı aynəbənddə stol, stullar, divan, kreslo, televizor və telefon var. 1-ci mərtəbədə yerləşən mətbəxdə qab şkafı, elektrik və balon qaz plitəsi və soyuducu var. Hamam (kafellidir) evdə, ayaqyolu (beton döşəməlidir) həyətdə yerləşir.

Şərait:
Evdə daim isti- soyuq su var. Ev və hamam odunla qızdırılır. Həyətdə samovar və kabab bişirmək üçün manqal var.

Qiymətlər:
Ev maydan sentyabr ayına kimi kirayə verilir. Bir otağın bir günlük kirayəsi 20 manata başa gəlir (yemək xərci olmadan). Bir ay qalanlara otağın günlük kirayə haqqı 15 manatdan hesablanır. İstəyənlərə səhər yeməyi də verilə bilər. Səhər yeməyinə yağ, pendir, süzmə, süd, yumutra daxildir. Səhər yeməyi 5 manata başa gəlir. Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Pərviz Hüseynov
055 672 74 01
024 254 92 51

Baxılıb: 2306