Azərbaycan / Qax
22 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli ev Qax rayonu Ləkit kəndində icra nümayəndəliyinin yanında ( Yaşıl şəlaləyə 200 m məsafədə) yerləşir. Evin 2 otağı (35 və 20 kv.m-lik) qonaqlar üçün nəzərdə tutulub. Evdə 10 nəfər qonaq qala bilər.

Hər otaqda 2 çarpayı, şifoner, kitab şkafı və şkaf var. Otaqların qarşısındakı aynəbənddə stol, stullar, divan, kreslo, televizor, telefon və internet var. Evdə yerləşən mətbəxdə mebel, qab şkafı, elektrik və balon qaz plitəsi və soyuducu var. Hamam və ayaqyolu (hər ikisi kafellidir ) evdə yerləşir.

Şərait:
Evdə daim isti- soyuq su var. Ev və hamam odunla qızdırılır. Həyətdə talvar, çimmək üçün hovuz, samovar və kabab bişirmək üçün manqal var.

Qiymətlər: (adambaşı)

Ev əsasən yayda kirayə verilir, ancaq qışda da qonaqlar qəbul edilir. Bir otağın bir günlük kirayəsi 22 manata başa gəlir. Bu qiymətə səhər yeməyi də daxildir.Səhər yeməyinə şəxsi təsərrüfatda istehsal edilən nehrə yağı, camış qatığı, su dəyirmanında üyüdülmüş undan təndir çörəyi, bal, qaymaq, pendir və kənd yumurtası daxildir. Günorta yeməyi adambaşı 4 manat, şam yeməyi isə 6 manatdır. Yeməkləri ev sahibəsi hazırlayır. Qonaqların istəyindən aslı olaraq istənilən yemək hazırlana bilər. Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Vaqif Aydınov (və ya Bəsti xanım)
024 254 92 14
051 463 63 11

Baxılıb: 1861