Azərbaycan / Qax
20 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli ev Qax rayonu Ləkit kəndində icra nümayəndəliyinin yanında (Yaşıl şəlaləyə 200 m məsafədə) yerləşir. Evin 1 otağı (28 kv.m-lik) qonaqlar üçün nəzərdə tutulub. Digər otaqda isə ev sahibəsi qalır. Mətbəx ümumi istifadə üçün nəzərdə tutulub. Evdə 5-6 nəfər qonaq qala bilər.

Otaqda 2 çarpayı, şifoner var. Qonaq otağında stol, stullar, divan, televizor, telefon və internet var. Evdə yerləşən mətbəxdə mebel, divan, televizor, qab şkafı, paltaryuyan maşın, elektrik və balon qaz plitəsi və soyuducu var. Hamam və ayaqyolu (hər ikisi kafellidir ) həyətdə yerləşir.

Şərait:
Evdə daim isti- soyuq su var. Hamam odunla qızdırılır. Həyətdə bostan və meyvə ağacları, samovar və kabab bişirmək üçün manqal var.

Qiymətlər:
Ev martdan noyabr ayına kimi kirayə verilir. Bir otağın bir günlük kirayəsi 20 manata başa gəlir. Bu qiymətə gün ərzində 3 dəfə ev sahibəsi tərəfindən yemək bişirilmə xidməti də(ərzaqların verilməsi şərtilə) daxildir. Bir ay qalanlara günlük kirayə haqqı 15 manatdan hesablanir. 4-5 nəfərlik ailənin bir səhər yeməyi burada 5 manat başa gəlir.Səhər yeməyinə şəxsi təsərrüfatda istehsal edilən nehrə yağı, bal, qaymaq, pendir və kənd yumurtası daxildir. Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Sevda Mütəllibova
024 254 94 14
051 964 47 84

Baxılıb: 1532