Azərbaycan / Qusar
30 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli ev Qusar rayonu Çiləgir kəndində, kənd məktəbinə 200 məsafədə ("Qafqaz" restoranına 2 km, "Şahdağ" turizm istirahət mərkəzinə 30 km məsafədə) yerləşir. Evin 2-ci mərtəbəsində 3 otaq (15-16 kv.m-lik) kirayə verilir. Evdə 10 nəfər qonaq yerləşə bilər.

Otaqlarda 6 çarpayı, və 2 şifoner var. Aynəbənddə isə stol, stul, divan, kreslo, soyuducu, telefon və internet var. Həyətdə yerləşən mətbəxdə soyuducu, qaz plitəsi, paltar yuyan maşın və su kranı var. Qonaqlar üçün nəzərdə tutulan hamam və ayaqyolu (hər ikisi kafellidir) həyətdə yerləşir.

Şərait:
Evdə daim su, qaz, elektrik var. Ev və hamam qazla qızdırılır. Həyətdə meyvə ağacları, samovar və kabab bişirmək üçün manqal var.

Qiymətlər:
Ev aprel ayından oktyabr atyına kimi kirayə verilir. Bir otağın günlük kirayəsi 30 manat təşkil edir. Evin 2-ci mərtəbəsinin bir günlük kirayəsi isə 200 manatdır. Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Firəngiz Heybətova
051 779 66 01
023 385 02 18

Baxılıb: 1505