Azərbaycan / Qəbələ
70 azn
ƏLAVƏ MƏLUMAT


Qəbələ rayonu Vəndam qəsəbəsinin şimalında, Vəndam çayının sahilində yerləşən və məhdud bir ərazidə dağ, çay, meşə landşaftlarını özündə birləşdirən, təbii şəlaləyə, təqribi 1 hektar əraziyə 2,4 metr dərinliyi olan süni gölə, müalicəvi əhəmiyyətli mineral suya malik İstirahət və Sağlamlıq mərkəzidir. Dəniz səviyyəsindən 1126m hündürlükdə, sahəsi 5 hektar olan kompleksin öz ərazisində yerləşən 4 mərtəbəli mehmanxana hər tərəfdən meşə ilə örtülmüş dağlarla əhatələnmişdir.

Kompleksin ərazisində:
• şəlalə;
• katamaranda üzmək və balıq tutmaq arzusunda olanlar üçün göl;
• mineral su mənbəyi;
• futbol, voleybol ve badminton oyunları üçün nəzərdə tutulmuş yaşıl meydançalar;
• stolüstü tennis və bilyard oyunları;
• uşaq şəhərciyi;
• at belində qəzinti (sifarişlə) üçün nəzərdə tutulmuş sahə;
• yay mətbəxi və mineral su mənbəyinin yaxınlığında olan ayrıca cardaqlar;
• restoran, 30 nəfərlik VIP zalı;
• bar, bilyard;
• yay vaxtı 200 nəfərlik diskoteka;
• konferensiyalar və danışıqlar üçün xüsusi təchiz edilmiş zal;
• üstü örtülü avtomobil dayanacaqları.

Qonaqların xidmətində 14 nəfərlik mini-avtobus və UAZ avtomaşını vardır.

Mehmanxanada 40 nömrə vardır:
• birotaqlı - 28;
• ikiotaqlı - 10;
• üçotaqlı - 2;
Cəmi 106 nəfər üçün.
Eyni zamanda 120 nəfərin yaşaması mümkündür (müdriyyət acılıb yığılan çarpayılar verə bilər).

Nömrələrin hamısında:
• Mini-bar;
• televizor (gecə-gündüz üç peyk antenaları ilə yerli, türk, rusiya və qabaqcıl avropa televiziya kanalları yayımlanır);
• telefon;
• tualet-vanna otağı;
• daimi isti və soyuq su;
• işıq və istilik otelin şəxsi avadanlıqıilə təmin olunur.

Otaqların isitmə və işıqlandırma sistemləri "Duyma" mərkəzinin daxili avadanlığı hesabına 7/24 saat ərzində tənzimlənir.

Əlavə xidmətlər
- Bələdçinin müşayəti ilə dağlara səyahət etmək, istirahət kompleksinin xaricinə atla və piyada gəzinti
- Şəlaləyə və Qəbələ rayonun ən böyük gölünə gəzintilər
- Tarixi yerlərə və Qəbələ rayonunun yaxınlığında yerləşən (İsmayıllı, Ağdaş, Şəki, Göyçay, Oğuz) şəhərlərə avtobus ekskursiyaları
- İnternet xidmətləri (WI-FI) (texniki səbəblərdən müvəqqəti işləmir)
- Konfransların və konsertlərin yüksək səviyyədə təşkili
- Sifarişlə miniavtobus və avtomobillərin təşkili
- Kempinq xidmətləri
- Taksi və transfer xidməti
- Milli və avropa yeməkləri, yay mətbəxi
- Açıq havada diskoteka
Otaqların qiymətləri:(səhər yeməyi daxildi)
Bir otaqlı 2 nəfərlik Standart 70 manat
Bir otaqlı 3 nəfərlik Standart 90 manat
Bir otaqlı 2 nəfərlik Luxe 105 manat
Bir otaqlı 2 nəfərlik de Lux 120 manat
İki otaqlı 2 nəfərlik Suite 115 manat
İki otaqlı 3 nəfərlik Standart (mansarda) 90 manat
İki otaqlı 4 nəfərlik Standart (mansarda) 105 manat
Üç otaqlı 4 nəfərlik Standart (mansarda) 145 manat

"Novruz bayramı" günləri (20-25 mart arası) istisna olmaqla may ayının 1-nə kimi bütün nömrələrin qiymətində 15 % endirim edilir. 15-20 nəfərlik qruplara adambaşı qiymətlər 40 manat, 40-45 nəfərlik qruplara isə 35 manatdan hesablanır. (Bura gün ərzində 3 dəfə yemək və konfrans zalı daxildir).

Əlaqə:
AZ 3600, Qəbələ rayonu, Vəndam qəsəbəsi
Tel.: (994 2420) 9 16 00
Mob.:(994 51) 831 21 21 (994 55) 977 35 21 (994 51) 831 21 31
Bakıda: (994 12) 497 46 66
e-mail: duyma@inbox.ru

Baxılıb: 5367