Azərbaycan / Göygöl
50 azn
ƏLAVƏ MƏLUMAT

 

1 mərtəbəli, yeni təmir olunmuş həyət evi Göygöl şəhərinin mərkəzində S.Hacıyev küçəsində (Alman kilsəsinin yanında,"Gəncə çayı"na 500 metr məsafədə ) yerləşir. Evin 3 otağı (9 , 16 və 42 kv.m-lik) mətbəx, hamam və ayaqyoludan ibarət hissəsi qonaqlar üçün nəzərdə tutulub. Evdə 10 nəfər qonaq yerləşə bilər.

Yataq otaqlarında 9 çarpayı və şifoner var. Qarşıdakı aynəbənddə divan, kreslo, stul,stollar, peyk antenalı televizor,telefon və internet var. Mətbəx, hamam və ayaqyolu evdə yerləşir. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq,paltaryuyan maşın,mətbəx mebeli, stol və stullar var.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev qaz sobası , hamam "beş dəqiqəlik" ilə qızdırılır. Hamam və ayaqyolu kafellidir (şəhər tipli). Həyətdə samovar və kabab bişirmək üçün manqal da var.

Qiymətlər :

Ev fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. Evin bir günlük sifariş edilməsi 50 manat təşkil edir. 10 gündən artıq qalanlara hər gün üçün 10 manat endirim edilir. Səhər yeməyinin hazırlanmasında ev sahibəsi kömək göstərə bilər. Bir ailə üçün gündə 3 dəfə yemək əlavə 20 manata başa gəlir. Qonaqlar yeməyi özləri də hazırlaya bilərlər.

Əlaqə: Söhbət Qazıyev

050 526 68 72

Baxılıb: 1081