Azərbaycan / Göygöl
10 azn
ƏLAVƏ MƏLUMAT

1 mərtəbəli alman tipli həyət evi Göygöl şəhərinin mərkəzində S.Hacıyev küçəsində (Alman kilsəsinin 100 m yanında,"Gəncə çayı"na 500 metr məsafədə ) yerləşir. Evin 4 otağı (32 , 16, 12 və 25 kv.m-lik) mətbəx, hamam və ayaqyoludan ibarət hissəsi qonaqlar üçün nəzərdə tutulub. Evdə 9 nəfər qonaq yerləşə bilər.

Yataq otaqlarında 9 çarpayı və şifoner, şkaf, güzgü var. Qarşıdakı aynəbənddə divan, kreslo, stul,stollar, peyk antenalı televizor,(alman kanallarını da göstərir),telefon, internet və notbuk da var. Mətbəx, hamam və ayaqyolu evdə yerləşir. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, paltaryuyan maşın, mətbəx mebeli, stol və stullar var.

Şərait:
Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev qaz sobası , hamam "pitminutka" ilə qızdırılır.Hamam və ayaqyolu kafellidir (şəhər tipli). Bağda alma, armud və alman üzümü ağacları var. Həyətdə samovar və kabab bişirmək üçün manqal da var.

Qiymətlər:

Ev fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. Kirayə haqqı adambaşı 10 manat təşkil edir. 4-5 nəfərlik bir ailə üçün aylıq kirayə haqqı 200 manatdır. (endirimlə 150 manat) Bir ailə üçün gündə 3 dəfə yemək əlavə 30 manata başa gəlir. Qonaqlar yeməyi özləri də hazırlaya bilərlər.

Əlaqə: Rizvan Cəfərov

055 734 22 72

Baxılıb: 1858