Azərbaycan / Qusar
1000 azn
ƏLAVƏ MƏLUMAT

2 mərtəbəli ev Qusar rayonu Çiləgir kəndində, kənd məktəbinə 200 məsafədə ("Qafqaz" restoranına 2 km, "Şahdağ" turizm istirahət mərkəzinə 12 km məsafədə) yerləşir. Evin 1-ci mərtəbəsində 2 otaq, 2-ci mərtəbəsində isə 3 otaq kirayə verilir. Evdə 15 nəfər (1-ci mərtəbədə 9, 2-ci mərtəbədə 6 nəfərə olmaqla) qonaq yerləşə bilər.

1-ci mərtəbədə
Otaqlarda 5 çarpayı, şifoner və televizor var. Mətbəxdə mebel,soyuducu, qaz plitəsi, paltar yuyan maşın və su kranı var. Ümumi istifadə üçün nəzərdə tutulan hamam və ayaqyolu da(hər ikisi kafellidir) 1-ci mərtəbədə yerləşir.

2-ci mərtəbədə

Otaqlarda 3 çarpayı və 2 şifoner var. Aynəbənddə isə stol, stul, divan, kreslo, telefon və internet var. 2-ci mərtəbədə yerləşən mətbəxdə mebel,soyuducu, qaz plitəsi, paltar yuyan maşın və su kranı var.

Şərait:

Evdə daim isti-soyuq su, qaz, elektrik var. Hamam qazla qızdırılır. Həyətdə üzüm talvarı, samovar və kabab bişirmək üçün manqal var.

Qiymətlər:

Ev maydan ayından sentyabr ayına kimi kirayə verilir. Evin bir aylıq kirayəsi 1000 manatdır. Qalmaq istəyənlərə 100 manat endirim edilir.Yeməyi qonaqlar özləri də hazırlaya bilərlər.

Əlaqə: Bəhram Ələsgərov
070 673 96 21

Baxılıb: 1548