Azərbaycan / Zaqatala
20 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət Zaqatala rayonu Car kəndində "Ləzzət" restoranından 200 metr məsafədə (Zilban və Bəsməz çaylarının arasında ) yerləşir.1 mərtəbəli ev 2 yataq otağı (hər biri 20 kv.m-lik) mətbəx, hamam və ayaqyoludan ibarətdir. Evdə 6-7 qonaq yerləşə bilər.

Hər otaqda 3 çarpayı, şifoner, şkaf, stol, stullar və televizor var. Mətbəx, hamam və ayaqyolu evdə yerləşir. Mətbəxdə soyuducu, qab şkafı,elektrik plitəsi, qab-qacaq, stol və stullar və su kranı var. Hamam və ayaqyolu kafellidir.

Şərait:
Evdə daimi isti-soyuq su, qaz, su və elektrik var. Hamam isə elektriklə qızdırılır (şəhər tipli). Həyətdə alma, armud və gavalı ağacları, üzüm çardağı, manqal və samovar

Qiymətlər :
Ev apreldən sentyabr ayına kimi kirayə verilir. Bir nəfər üçün kirayə haqqı 20 manat, evin 1 günlük kirayəsi 50 manat təşkil edir. Səhər yeməyi verilmir. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Hacı Qaşdayev

(055) 604 17 65
(055)526-79-36

Baxılıb: 1697