Azərbaycan / Zaqatala
20 azn
ƏLAVƏ MƏLUMAT

Bu həyət Zaqatala rayonu Car kəndində "Cingözqala" tarixi abidəsinə 300 metr məsafədə (Zilban və Bəsməz çaylarının arasında ) yerləşir.1 mərtəbəli evin 2 otağı (hər biri 16 kv.m-lik) kirayə verilir. Evin digər otaqlarında ev sahibi yaşayır. Evdə 6-7 qonaq yerləşə bilər.

Otaqlarda 2 nəfərlik taxt, 3 çarpayı, şifoner var. Ümumi istifadə üçün nəzərdə tutulan qonaq otağında divan, kreslo, stol, stullar, televizor və telefon var. Mətbəx, hamam və ayaqyolu evdə yerləşir. Mətbəxdə soyuducu, qab şkafı, balon qaz plitəsi, qab-qacaq, stol və stullar və su kranı var. Hamam və ayaqyolu kafellidir.

Şərait:
Evdə daimi isti-soyuq su və elektrik var. Ev odunla, hamam həm elektrik, həm də odunla qızdırılır. Həyətdə alma, armud, qoz, şabalıd, fındıq ağacları, manqal və samovar var.

Qiymətlər :
Ev həmişə kirayə verilir.Yayda bir otağı kirayəsi 20 manat, qışda 30 manat təşkil edir. 4 nəfərlik ailənin bir günlük kirayə haqqı 40 manatdır. Səhər yeməyi verilmir. Yeməyi qonaqlar özləri hazırlaya bilərlər.

Əlaqə: Ramazan Dibirov
055 634 80 82

Baxılıb: 1210